Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Bakı böyüdükcə, Azərbaycan kiçilir” - Deputat

Tarix: 21-11-2017 16:48     Baxış: 4384 A- / A+
“Bakı böyüdükcə, Azərbaycan kiçilir”


"Türkiyədə iqtisadçıların İstanbul haqqında belə bir deyimi vardı: "İstanbul böyüdükcə, Türkiyə kiçilir". Bu fikri Bakı haqqında da işlətmək olar. Bakı böyüdükcə, Azərbaycan kiçilir”.

Manevr.az-ın "APA-Economics”ə istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, artıq bölgələrin inkişafı haqqında düşünmək və Bakını bu yükdən azad etmək lazımdır. Deputat Bakı ətrafındakı qəsəbələrə diqqət ayırmağın vacib olduğunu vurğulayıb. Onun fikrincə, Bakı ətrafında dəhşətli bir "gecəqondu" strukturu yaranıb: "Bu, dəhşətdir. Bakıətrafı qəsəbələrdəki mənzərə şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür”.

Deputat vətəndaşların bu "gecəqondular"ını özəlləşdirməsinə imkan yaradılmasını təklif edib:
"Belə olan halda dövlət büdcəsinə əlavə gəlir gələcək. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun”.

F. Mustafa qeyd edib ki, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır:
"Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Aqrar Universitetin modern yataqxana kompleksi var, Bakıda bir çox universitetin heç belə yataqxana kompleksi yoxdur. Biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təqaüdünü azaldırıq. Onların yataqxana problemini həll etməmişik”.

Deputat həmçinin xəstəxanaların özəlləşdirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, dövlətin imkanları daxilində bir sıra xidmətlərin göstərilməsi çətindir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar