Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artisti avtobusda döymək istədilər

Tarix: 21-11-2017 15:15     Baxış: 4289 A- / A+
Əməkdar artisti avtobusda döymək istədilər

Əməkdar artist, tanınmış aktyor İlqar Cahangir seriallardakı obrazlarına görə tamaşaçıların qınağına tuş gəlib.

Manevr.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktyor hətta bir dəfə az qala avtobusda döyüləcəyini də deyib:

"Tamaşaçı çox vaxt serialla həyatı dəyişik salır. "Pərvanələrin rəqsi" serialında Orxan obrazını canlandırırdım. Buna görə məni avtobusda döymək istəyiblər. Ceyranbatanda yaşıyıram. Bakı-Sumqayıt mikroavtobusu ilə evə gedirdim. Qabaq oturacaqda əyləşmişdim, sürücü də qonşum idi. Arxadan beş-altı nəfər hökmlə qışqırdı ki, gəlin bunu döyək, heyfimizi alaq. Deyəsən, eyni ailənin üzvləri idi. Bir gənc yalvar-yaxar etdi ki, oturun yerinizdə, adam aktyordur, serialdakı obrazın onunla heç bir əlaqəsi yoxdur.

Bir dəfə də yenə "Pərvanələrin rəqsi" serialındakı roluma görə 55-60 yaşında bir kişi mənə yaxınlaşıb, ehtiyatlı olmağımı məsləhət gördü. Əvvəlcə anlamadım. Sonra deyəndə ki, sizin saxladığınız qadınla həkimdən ehtiyatlı olun, sizə pislik etməyə hazırlaşırlar, onda hər şeyi başa düşdüm. Həmin şəxs filmin təsirindən çıxa bilməmişdi. Çox həyəcanlı idi, elə bilirdi ki, mənə həyatda da pislik edəcəklər. Başa saldım ki, narahat olmayın, heç nə edə bilməzlər, bu, obrazdır. Həyəcanla israr edirdi ki, yox e, özünüzü qoruyun, sonra gec olacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar