Xəbər lenti
Mühasibatlıq üzrə keçiriləcək olimpiada çərçivəsində tələbələrlə görüş olub -FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə I Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir.
Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, gənclərin bilik yarışmasını təşkil etmək, intellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək, stimullaşdırmaq, istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, gənclərin mühasibatlıq sahəsində maarifləndirilməsini təşkil etməkdən ibarətdir.
Olimpiadada qalib gələn gənclərə hədiyyələrin təqdim olunması, şirkətlərdə təcrübələrin keçirilməsi, onların gələcəkdə iş yerləri ilə təmin olunması nəzərdə tutulmuşdur.
Olimpiada ümumilikdə 60 tələbə arasında 25 noyabr 2017-ci il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində təşkil ediləcəkdir.
Qeyd edək ki, layihə çərçivəsində olimpiadadan qabaq universitet tələbələri ilə məlumatlandırma görüşlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Görüşlər ilkin olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri ilə keçirilib. Görüşdə Akademiyanın Maliyyə fakültəsinin dekanı dosent Hicran Mirzəyeva, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin böyük elmi işçisi Xudakərim Aslanov, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva və fakültənin müəllim-tələbə heyəti iştirak edirdilər. Görüş çərçivəsində tələbələrə Olimpiadanın qaydaları və keçirilmə şərtləri haqqında ətraflı məlumat verildi. Daha sonra Olimpiadada iştirak edəcək tələbələri müəyyənləşdirmək üçün ekspertlər tərəfindən hazırlanmış test tapşırıqları tələbələrə təqdim edildi. Nəticələrə əsasən hər görüşdə ən yüksək bal toplayan 10 tələbə mükafatlandırılmaqla yanaşı, olimpiadada iştirak etmək hüququ qazandılar.
Məlumat üçün bildirək ki, belə görüşlərin digər universitetlərdə də keçirilməsi nəzərdə tutulmuşdur.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar