Xəbər lenti
Sübut eləyəcəm ki, bu sənətdə mən də varam
Manevr.az-ın bu dəfəki müsahibi unudulmaz tarzən Qurban Pirimov nəslinin və sənətinin davamçısı gənc tarzən Asim Pirimovdur. Kiçik müsahibimiz öz böyük arzularından bizə danışdı. Balaca Asim Bülbül adına orta ixtisas musiqi məktəbinin tar sinfində təhsil alır.
- Asim, demək olar ki, bir neçə musiqi alətində ifa etməyi bacarırsan. Bunlardan niyə məhz tarı peşə olaraq seçdin? Bu həvəs idi, yoxsa kökə bağlılıq?
- Əlbəttə, ilk olaraq həvəsdir. Uşaq yaşlarımdan bildim ki, babam Qurban Pirimov olub.Bu da məndə tara daha da həvəs yaratdı. Axı həm də tar milli alətimizdi. Mən tarı yaşatmaqla həm milliliyimizi, həm də babamın adını yaşatmış oluram. Bundan şərəfli peşə ola bilərmi?
- Orta məktəb və musiqi təhsilin. Bunlar bir- birinə mane olmur ki?
- Xeyr, mane olmur. Mən hər ikisinə də zaman ayırıram. Ancaq musiqi təhsilimə daha çox üstünlük verirəm.
- Tara bu qədər həvəs və üstəlikdə Qurban Pirimovun davamçısı kimi tarda hansı yeniliyi düşünürsən ?
- Çox istəyirəm ki, tarda xarici əsərlər ifa edim. Məsələn, cazı tarda ifa etmək istəyərəm.
- Düşünürsən ki, uğurlu alınar ?
- Əlbəttə, niyə də olmasın. Əgər iş üçün səvə- sevə çalışırsansa mütləq ki, o sahədə uğur qazanacaqsan.
- Gələcəkdə başqa peşə seçmək şansın da olacaq. Ancaq tarı seçmisən?
- Bəli. Mən babamın sənətin davam edəcəm. Tar, tar və yenə də tar. Nə qədər müasir dövlət olsaq da millətçiliyin kökündə millilik dayanır. O üzdən düşünürəm ki, tar, bu millət üçün heç vaxt dəyərsiz və maraqsız olmayacaq.
- Tarda ilk hansı mahnını ifa etmisən?
- İlk dəfə mərhum xanəndəmiz Səxavət Məmmədovun “Azad bir quşdum” mahnısını ifa etmişəm.
- Bu biraz da yerlipərəstlik olmadımı ?
- Deməzdim, Əntiqə xanım. Səxavət Məmmədov təkcə Ağdamın (Gülablının) yox, bütün Azərbaycanın xanəndəsidir. Sadəcə o mahnını bir neçə ifaçının səsində eşitsəm də Səxavət Məmmədovun ifasında sevmişəm.
- Yaşının az olmasına baxmayaraq festivallarda iştirak edirsən…
- Bəli, festivalarla bağlı artıq ilk addımları atmışam. Türkiyədə və Gürcüstanda Azərbaycanı təmsil etmişəm. Gürcüstanda keçrilən müsabiqədə ölkələr arasında Azərbaycan birinci yeri tutdu və mən qızıl medalla təltif olundum.
- Müsabiqələrdəki ədalətsizliklər səni qorxutmur ki?
- Bu həyatdır hər şey ola bilər. Ancaq bütün hallarda mən öz bacarığımı göstərməliyəm. Heç kəsin məni zəif hesab etməyinə imkan verməməliyəm. Mən öz bacarığımla sübut eləyəcəm ki, bu sənətdə mən də varam. Ola bilər ki, hansısa müsabiqədə mənə yer verməsinlər. Ancaq bu, məni heç vaxt ruhdan salmaz. Nə də buna görə tara olan həvəsim sönməz. Onu da qeyd edim ki, Azərbaycan Dövlət Filarmoniyasının uşaq orkestrının üzvüyəm. Ağaverdi Paşayev drijorumuzdur.
- Tarda mahnı bəstələmək kimi fikrin var?
- Yox, düşünmürəm ki, bu o qədər də uğurlu alınsın. Ancaq bir çox yeniliklər etməyi düşünürəm. Hansı ki o yenilikləri hələ heç kəs etməyib.
Əntiqə Səməndər
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar