Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlar cinsiyyət üzvləri ilə oynayırsa... - Pediatr vəziyyətin ciddiliyindən danışdı

Tarix: 16-11-2017 17:17     Baxış: 41 881 A- / A+
Uşaqlar cinsiyyət üzvləri ilə oynayırsa...
Uşaqların öz cinsiyyət üzvlərini kəşf etməsi adətən 3-6 yaşda başlayır. Buna onanizmlər (masturbasiya) deyilir. Amma daha erkən zamanlarda da bu baş verə bilər. Bu, uşağın öz cinsi orqanı ilə oynaması, onu sığallaması və s. şəklində özünü göstərir. Uşaqlar öz cinsiyyət üzvlərini kəşf edən andan başlayaraq hərdən onunla oynamağa cəhd göstərir. Bu əslində normal cinsi inkişafın göstəricisi hesab edilə bilər. Lakin bəzi valideynlər bundan narahatlıq keçirir.

Məsələ ilə bağlı açıqlama verən pediatr Xəyalə Quliyevanın sözlərinə görə, bu hal adət halını alırsa, uşaq ətraf mühitdən təcrid olunaraq yalnız bu hərəkəti etməyə başlayırsa, oyunlar oynamaq əvəzinə yalnız cinsiyyət üzvü ilə oynayırsa, bu, artıq normadan çıxma halına gəlmiş olur.

Bu nədən qaynaqlanır?

X. Quliyeva mövcud vəziyyətin səbəblərini açıqlayıb:

- Övladınıza yetərincə diqqət etmirsiniz

- Ailəyə yeni körpə gəlib

- Ata və ana və ya evdə olan böyüklər arasında daimi münaqişə, mübahisələr

- Uşağın əhatəsində onun mrağını çəkən bir şeyin olmaması

- Uşağın özünü güvəndə hiss etməməsi.

Bəs bu halda nə etməli?

"Əvvəlcə uşağın cinsiyyət orqanında hər hansı qaşınma qızartı və ya başqa narahatlıq olmadığından əmin olmaq lazımdır. Övladınıza həmin an qışqırmayın. Qorxutmaq lazım deyil, bu, vəziyyəti daha da kəskinləşə bilər. Övladınızın özünü güvəndə hiss etməsinə şərait yaradın. Sevgi və diqqəti artırın. Bu hərəkəti kimsənin görmədiyi yerdə etmək lazım olduğunu amma məsləhət bilmədiniyinizi söyləyin", - deyə pediatr qeyd edib. (medicina.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar