Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kriminallaşan gənclik – Avtoritetləri təbliğ edən kitablar qadağan olunmalıdır?

Tarix: 16-11-2017 12:02     Baxış: 5419 A- / A+
Kriminallaşan gənclik – Avtoritetləri təbliğ edən kitablar qadağan olunmalıdır?


Son günlər Azərbaycan mətbuatının gündəmini zəbt etmiş xəbərlərin böyük bir hissəsi kriminal aləmin nümayəndələri ilə bağlıdır.
Bəzən onlar cəmiyyətə qəhrəman kimi təqdim olunur. Bu azmış kimi, hətta “qanuni oğrular” barədə kitablar da yazılaraq satışa çıxarılır.
O da bir reallıqdır ki, Azərbaycan gəncliyi arasında özünə kriminal avtoritetləri kumir seçənlər də var. Sosial şəbəkələrdə, küçələrdə, çayxanalarda belələrinə rast gəlməyə artıq alışmışıq. Görəsən, kriminal avtoritetlər barəsində yazılmış kitabların gənclərin formalaşmasına nə kimi mənfi təsiri var? Ümumiyyətlə, bu tip kitabların yazılmasının, eləcə də çap olunmasının qarşısını almaq mümkündürmü? Yenicag.az olaraq suala cavab tapmaq məqsədi ilə millət vəkilləri ilə yanaşı, yazıçılarla əlaqə saxladıq.
Milli Məclisin deputatı Asim Mollazadə deyir ki, Azərbaycanda bununla bağlı hər hansısa bir senzura yoxdur. O, bildirib ki, azad ticarət baxımından heç bir qadağa təyin qoyulmasa d,a bu cür kitabların satışının əleyhinədir:
“Qanunda qadağan olunmayan hər şeyə icazə var. Bu proseslə bağlı heç bir senzura tətbiq olunmayıb. Gənclərin mənəvi, əxlaqi tərbiyəsinin düzgün aşılanması tərəfindən belə kitabların satışı düzgün deyil. Ümumiyyətlə götürsək, senzuranın əleyhinəyəm. Əksinə söz azadlığının tərəfdarıyam. Belə kitabların cəmiyyətdə kommersiya məhsuluna çevrilməsi məni ciddi şəkildə narahat edir. Düşünürəm ki, cəmiyyət də özü-özlüyündə belə kitablarla mübarizə aparmalıdır”.
Digər millət vəkili Aqil Abbas da belə kitabların satışının düzgün olmadığını və dəstəkləmədiyini vurğulayıb:
“Azərbaycan demokratik respublikadır. Buna görə də bu cür kitabların satışına qadağa qoyula bilməz. Bunun da aradan götürülməsi üçün başqa maarifləndirici işlər görmək lazımdır. Terroru, fahişəliyi qadağan etmək daha doğrudur. Tərbiyəvi cəhətdən yanaşsaq, belə halları bəyənmirəm və avtoritetlərlə bağlı yazılan kitabların satışını dəstəkləmirəm. Bu mövzuyla əlaqədar olaraq Beynəlxalq Mətbuat Mərkəzində tədbir də keçirildi. Tədbir zamanı bir sıra narazılıqlar bildirildi və müzakirələr olundu. Ümid edirəm ki, müzakirə olunan bu məsələlər öz həllini tapacaq”.
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı isə açıqlamasında belə kitabların yazılışının təbliğat nöqteyi-nəzərindən deyil. Əksinə təhlükə mənbəyi kimi cəmiyyətə çatdırılmasının doğru olduğunu bildirib:
“Kriminal avtoritetlərlə bağlı kitablar tək Azərbaycanda yox, dünyanın hər yerində yazılır və satılır. Bunun da əsas səbəbi oxucu marağından doğan prosesdir. Düşünürəm ki, belə kitablar yazılarkən həmin avtoritetlərin həyatı, yaşayış tərzi gənclərə örnək kimi göstərilməməlidir. Əksinə onların cəmiyyət üçün nə qədər təhlükə yarada biləcəyi aşılanmalıdır. Bu da oxucuda heyranlıq hissi deyil, nifrət hissi yaradacaq. Bununla da gənclər nəticə çıxarmış olacaq. Lakin bunlarla yanaşı belə kitabların satışına da heç bir qadağa qoyula bilməz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar