Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Fədayə Laçının səhhəti pisləşdi - Vəkilindən açıqlama

Tarix: 15-11-2017 22:42     Baxış: 5999 A- / A+
Fədayə Laçının səhhəti pisləşdi
Bir neçə gün öncə "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovu qaçırmaqda şübhəli bilinən tanınmış müğənni Fədayə Laçının ölüm xəbəri yayıldı. Lakin sonradan məlumatın yalan olduğu üzə çıxsa da bəzi məqamlar üstüörtülü qaldı.

Manevr.az bildirir ki, məsələ ilə bağlı big.az-a danışan Fədayə Laçının vəkili Türkel Süleymanlı ölüm xəbərini yayan və bunu özünə reklam qazandırmaq məqsədi ilə edən şəxslər barəsində hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirdi: "Hazırda Fədayə xanımın səhhəti nasazdır. Yəni bu məlum məsələlər onu sarsıdıb. Biz bütün faktları özümüzdə saxlamışıq, müəyyyən bir müddətdən sonra hüquq mühafizə orqanlarına faktlarımızı təqdim edəcəyik. Əgər ölüm xəbərindən gedirsə bunu etmək cinayət xarakteri daşıyır. Kiminsə yalandan, reklam xarakterli ölüm xəbərini yaymaq olmaz. Bundan Fədayə xanımın ailəsi çox sarsılıb.Heç bir rəsmi mənbəyə istinad etmədən belə məlumatları yaymaq olmaz.

Fədayə xanımın işi isə hər kəsə məlum olan bir işdir. Proses və istintaq 2018-ci ilin ortalarına qədər çəkə bilər. Hələ ki, heç bir yeni gəlişmə yoxdur. Ola bilər gələn həftə üçün hər hansısa bir yenilik olsun. Əgər hər hansısa bir yenilik olarsa biz dərhal məlumat yayacağıq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar