Xəbər lenti
Məşhur cərrahdan xəbərdarlıq - "Uqq geyinməyin!"
Komfort və rahatlığına görə uqq çəkmələri qızların qış aylarında ən çox üstünlük veridiyi ayaqqabılardır. Lakin məlum olub ki, bu model ayaqqabılar sağlamlığımız üçün təhlükə mənbəyidir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə britaniyalı cərrah İen Makdemott məlumat verib. Onun sözlərinə görə, son illərdə diz problemləri ilə bağlı xəstələrin sayı artıb.
Cərrah-ortoped bildirib ki, uqq həvəskarları seçim zamanı çox ehtiyatlı olmalıdır Əks halda ayaqlarda cərrahiyyə əməliyyatı aparıla bilər. O, etiraf edib ki, uqq çəkmələri diz problemlərinə gətirib çıxarır. O, bunu uqqilərin ayaqları kifayət qədər dəstəkləməməsi ilə izah edib. Çünki altı düpdədüz olan ayaqqabılar oynaqların vaxtından əvvəl aşınmasına və oynaq qığırdağı xəstəliyinə gətirib çıxarır.
Dabanı olmayan və pəncədə fokuslanmayan, amma onun sərbəst hərəkət etməsinə imkanı verən ayaqqabılardan xüsusən doğuşdan ayaq problemləri olan insanlar imtina etməlidir.
London klinikasının məsləhətçi başqa cür qış ayaqqabısına üstünlük verməyi tövsiyə edir:
"Uqq qış üçün ən rahat variant kimi görünə bilər, lakin ayaqların sağlam olması üçün daban dəstəyi olan ayaqqabı cütü seçin", - deyə Makdermott tövsiyə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar