Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının imzasını saxtalaşdıran şəxs ifşa edildi -VIDEO

Tarix: 14-11-2017 22:06     Baxış: 5439 A- / A+
İcra başçısının imzasını saxtalaşdıran şəxs ifşa edildi
İcra hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq ttikintiyə icazə verən şəxs ifşa edilib.

Manevr.az xəzərxəbər-ə istinadən xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətindən polisə məlumat daxil olub ki, Əkrəm Məlikov adlı şəxs rayon ərazisində saxta sərəncamla tikinti aparıb. Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Əkrəm Məlikov ifadəsində bildirb ki, 80 sot torpaq sahəsində ferma tikdirmək üçün əvvəldən tanıdığı 47 yaşlı Şahbaz Cavadova 10 min manat pul verib. Həmin şəxs də ona Abşeron rayon İcra Hakimiyyətindən sərəncam alıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Abşeron rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayaraq istintaqa cəlb edib. Dindirmə zamanı Şahbaz Cavadov Abşeron rayon İcra Hakimiyyətinin başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırlamasını etiraf edib.

Araşdırma zamanı o da məlum olub ki, Şahbaz Cavadovun Əkirəm Məlikova əvvəllər 5 min manat borcu olub. O, bu borcu qaytara bilmədiyi üçün dövlət sənədini saxtalaşdıraraq Əkirəm Məlikovdan 10 min manat alıb. Həmin pulun 5 minini borca qaytarıb. Şahbaz Cavadov bu qanunsuz əməlinə görə indi çox peşman olduğunu deyir.

Faktla bağlı Şahbaz Cavadov barəsində Abşeron rayon Polis İdarəsində dələduzluq və dövlət sənədini saxtalaşdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar