Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il ölən 3 modelimiz - FOTO

Tarix: 14-11-2017 11:29     Baxış: 4352 A- / A+
Bu il ölən 3 modelimiz
Bu il gənc, gözəl və model kimi fəaliyyət göstərən 3 xanım dünyasını dəyişib.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, onlardan biri gənc yaşlarından modelliklə məşğul olan Leyla Orucludur. 22 yaşlı gözəl model 21 iyun tarixində liposaksiya (piy sovurma) əməliyyatı zamanı dünyasını dəyişib. İranlı cərrah Sirus Qoçxaninin əməliyyatından sonra reanimasıyaya yerləşdirilən model növbəti gün dünyasını dəyişib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir.

Bu il həyatını itirən digər gənc və gözəl model isə Günel Mirzəyevadır. Model 27 iyunda Bilgəh çimərliyində bataraq dünyasını dəyişib. G.Mirzəyeva "Miss Lafarella" internet müsabiqəsinin iştirakçısı olduqdan sonra məşhurlaşıb. Gənc model ölümündən sonra Lənkəranda torpağa tapşırılıb.

Modelin ən böyük arzusu uşaq dünyaya gətirmək olub. Hətta o, məşhurlaşdığı "Miss Lafarella" müsabiqəsinə qatılan zaman özü haqda anketdə ailə qurmaq və ana olmaq istədiyini də qeyd edib.

Bu il dünyasını dəyişən digər gözəl gənc xanım isə aktrisa Mila Əminədir. Meningit xəstəliyindən əziyyət çəkən aktrisa bu ilin avqust ayında bir müddət komada qaldıqdan sonra vəfat edib. 29 yaşlı aktrisa xəstəliyi ilə əlaqədar Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar