Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Axundların ləğv olunmasına başlanıldı

Tarix: 13-11-2017 22:20     Baxış: 3419 A- / A+
Axundların ləğv olunmasına başlanıldı
“İstəyirik ki, “İslam Həmrəyliyi ili” çərçivəsində belə bir qərar qəbul edək ki, “axund” sözü yığışdırılsın, onun yerinə ancaq “imam” sözü işlədilsin”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qazilər Şurasının bir neçə ay əvvəlki toplantısında demişdi. QMİ sədri bildirmişdi ki, “axund” sözü dünyada, məsələn, Türkiyədə işlədilmir. Sədrin açıqlamasından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclasında qərar qəbul edildi. Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilməli və bütün məscidləri idarə edənlər imam statusu almalıydılar.

Maraqlıdır, qərar nə zaman tətbiq olunacaq? Bununla bağlı QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az-a açıqlama verib: “Qeyd edilən qərar artıq icra olunmağa başlayıb və yeni təyin olunanlara şamil edilir. Yəni bundan sonra kim vəzifəyə təyin ediləcəksə, həmin tarixdən etibarən onun vəzifəsi “imam” şəklində yazılacaq”.

Q.Cavadlı məsələyə yenidən aydınlıq gətirib: “Sənədlərdə axundların ümumiləşdirilmiş adı imam olacaq. Çünki axund tarixizmdir, köhnə ifadədir. Məsələn, bu gün heç kim “münəccim” demir. Bu da termin istilahıdır. Vəzifə olaraq, təbii ki, axundlar öz vəzifələrində qalacaqlar. Sadəcə, adları dəyişdirilib “imam xətib”, “imam naib”, “imam cümə” kimi ifadələrlə əvəz olunacaq. Bu, bütün dünyada da qəbul edilmiş formadır. Azərbaycan da bu məsələdən kənarda qalmaq istəmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar