Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Girov qoyulan evlər sökülür, banklar narahatdır

Tarix: 13-11-2017 16:05     Baxış: 5364 A- / A+
Girov qoyulan evlər sökülür, banklar narahatdır


Girov qoyulan evlərin plana düşərək sökülməsi kommersiya banklarında ciddi narahatlığa səbəb olub. Bu barədə "Azərbaycan Banklar Assosiasiyası"nda (ABA) ipoteka sistemi ilə bağlı son yeniliklərin müzakirəsi zamanı fikirlər səsləndirilib.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, bankla müştəri arasında bağlanmış müqavilədə girov evlərin ev sahibindən asılı olmayan səbəblərdən sökülməsi hallarında tərəflərin öhdəlikləri müəyyənləşib:

"O baxımdan bu hal fors-major hal kimi qiymətləndirilir. Bağlanmış müqavilədə girovun əvəzlənməsi prosesi öz əksini tapmalıdır. Ev girovdursa və sökülürsə, prosesə iki tərəf nəzarət edir: ya dövlət, ya da özəl tikinti şirkəti. Bu zaman girovun əvəzlənməsi baş verməlidir. Amma kredit götürən şəxsin başqa girov təklif etmək imkanı yoxdur, sökülən binanın yerində yenisinin tikilməsi də uzun vaxt alır, bu halda müştəri və bank arasında yeni anlaşmanın imzalanmasına və ya dəyişiliklər edilməsinə ehtiyac var. Yeni inşa edilən binadakı mənzil bankda girov rolunu oynayır. Buna görə də müqaviləyə dəyişiklik edilməsi zərurəti yaranır”.

Ekspert bildirib ki, əgər sökülən evə görə kompensasiya ödəniləcək və vətəndaşa yeni binada mənzil verilməyəcəksə, bu halda müqavilədə nəzərdə tutulan şərtlər əsasında öhdəliklər müəyyənləşməlidir:


"Girovun ləğv edilməsi halında kreditin qaytarılması, yaxud öhdəliklərin girovsuz olaraq davam etdirilməsi nəzərdə tutula bilər. Bütün hallarda müqavilədə hansı müddəaların yer almasına diqqət etmək lazımdır. Əgər müqavilədə belə hal nəzərdə tutulmayıbsa, o halda tələblər bank və müştərinin razılığı əsasında müəyyənləşir. Digər tərəfdən, vətəndaş müqavilədə nəzərdə tutulan hala uyğun şəkildə öhdəliklərini yerinə yetirmirsə, bu halda bankın həmin müştərini məhkəməyə vermək hüququ var”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar