Xəbər lenti
Azərbaycanda zəlzələ: İranda kəndlər dağıldı ; SOS verildi - Foto
Güney Azərbaycan da daxil olmaqla, böyük bir ərazidə güclü zəlzələ baş verib.
Axar.az xəbər verir ki, İraqda (Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ olub. Zəlzələ İranın bir çox vilayətlərində - Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, həmçinin Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib.
Təbrizdə əhali panika səbəbindən küçələrə axışıb. Hazırda təbrizlilər küçələrdədir.
Hələlik rəsmi açıqlama yoxdur.
Yeraltı təkanların Azərbaycan Respublikasının cənub bölgəsində - Lənkəran və Astara şəhərlərində də 4 bal gücündə hiss edilib.
***
İranın Kirmanşah şəhərində baş verən zəlzələnin böyük dağıntılara səbəb olduğu barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri dağıntıya aid fotolar paylaşıblar.
Zəlzələ, dağıntı və tələfatla bağlı hələlik rəsmi açıqlama verilməyib.
***
ABŞ Geoloji Araşdırmalar Mərkəzi İraqdakı zəlzələnin 7,2 bal gücündə olduğunu, episentrinin Hələbçənin 32 km cənub-qərbinə, 33,9 km dərinliyə düşdüyünü açıqlayıb.
Zəlzələ Türkiyədə də hiss edilib.
***
Zəlzələnin İranda böyük dağıntılara və təlafata səbəb olduğu haqda ilkin məlumat verilib. Sosial şəbəkədə Qəsrşirin şəhərində 2 nəfərin öldüyü bildirilir.
***
Yaxın Şərqi bürüyən və bir-birinin ardınca baş verən zəlzələlərin xəritəsi yayılıb. Ən güclü və ardıcıl təkanların qeydə alındığı ərazilər qırmızı rənglə işarələnib.
***
Azərbaycan Seysmoloji Xidmət Mərkəzi zəlzələnin İran-İraq sərhədində (koordinatlar: 34.82, 45.87), yerli vaxtla saat 22:18:16-da baş verdiyini açıqlayıb. Zəlzələnin maqnitudası 7,2 bal, dərinliyi 19 km olub.
Zəlzələ Naxçıvanda və cənub rayonlarımızda hiss edilib.
***
Qəsrşirində ölənlərin sayı 6 nəfərə çatıb. İranda bütün xəstəxanalar hazır vəziyyətə gətirilib. Zəlzələnin xüsusilə güclü olduğu ərazilərə çoxsaylı təcili yardım maşınları və xilasedicilər göndərilib.
***
Zəlzələni ümumilikdə 180 milyon insan hiss edib.
***
Sosial şəbəkələrdə İranda zəlzələ nəticəsində ölənlərin sayının 16 nəfərə çatdığı iddia edilib. Çoxlu sayda yaralının olduğu bildirilir. Ən böyük dağıntı və tələfat Kirmanşah vilayətindədir.
Rəsmi məlumatda isə həlilk 4 ölü və 15 yaralının olduğu açıqlanıb.
***
Rəsmi məlumata görə, Kirmanşahda bir çox kənd tamamilə dağılıb, vilayətin işıq və telefonu kəsilib.
İcra nümayəndəsi 6 nəfərin öldüyü və 138 insanın yaralandığını təsdiqləyib. O, ölü və yaralıların sayının artacağını istisna etməyib.
Rabitə əlaqəsi kəsildiyi üçün dağıntılar və tələfatla bağlı dəqiq məlumat almaq mümkün deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar