Xəbər lenti
Diri-diri dəfn olunanların DƏHŞƏTİ… -Kliniki ölüm
Bir neçə gün öncə Lerik rayonunda ağır yol qəzası baş verib. Ağır yaralanmış 59 yaşlı İsabala Asimov xəstəxanaya yerləşdirilsə də, xəstəxanadan onun öldüyünü bildiriblər. Ancaq sonradan o komadan ayılıb. Belə hallara təbabətdə az da olsa, rast gəlinir və bu hadisəyə kliniki ölüm deyilir.
Deyilənlərə görə, elə hallar olur ki, kliniki ölüm keçirənləri bilməyərəkdən dəfn ediblər. Belə hadisələrin Azərbaycanda da baş verdiyi istisna deyil.
Manevr.az xəbər verir ki, tibb elmləri doktoru Adil Qeybulla modern.az-a bildirib ki, ilk növbədə kliniki ölüm və bioloji ölüm ayırd edilməlidir:
“Kliniki ölüm ürək fəaliyyətinin dayanması, beyin qabığının isə hələ sağ olması deməkdir. Bu zaman hələ bədən refleksləri saxlanılır və beyin qabığı hələ salamat qalır. Bu qısa bir dövrdə baş verir, amma havanın şəraitindən, temperaturundan asılı olaraq bu dövr uzana bilər” .
Professorun sözlərinə görə, hava temperaturunun az olması bu dövrü uzada bilər. Orta hesabla kliniki ölüm 6 dəqiqə davam edir və bundan sonra beyin qabığı ölür və bioloji ölümə keçir. Onun sözlərinə görə, kliniki ölüm keçirən şəxsləri həyata qaytarmaq mümkündür:
“Bunu reanimasiya tədbirlərindən keçib süni nəfəs və ya ürək masajı ilə həyata keçirmək mümkündür. Eyni zamanda, ürəyə adrenalin və digər simulyatorlar vurulması prosesi də aparıla bilər”.
Kliniki ölüm dövründə bəzən xəstədə müxtəlif zəhərlənmələr və eyni zamanda həyat fəaliyyətinin , qan təzyiqinin aşağı düşməsi ölüm mənzərəsi yaradır. Əslində bu, həyati funksiyaların həddən artıq aşağı enməsi ilə bağlıdır.
Adil Qeybullanın sözlərinə görə, dəfn olunan xəstənin hər biri məhkəmə tibbi ekspertizasından ya keçir ya da bu ölümün şəksiz əlamətləri komissiya tərəfindən birbaşa təsbit olunmalıdır. Professor deyir ki, indi təbabət elə inkişaf edib ki, ölümün kliniki və ya bioloji olduğunu müəyyən etmək çətinlik törətmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar