Xəbər lenti
Bu şəxslərə güzəştli mənzillər veriləcək - Prezident sərəncam verdi, şərtlər dəyişdi
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edib.
Mia.az-ın məlumatına görə, dəyişiklik güzəştlə əldə ediləcək mənzil üçün ipoteka kreditinə dair tələblə bağlıdır. Qaydaya əsasən indiyə qədər mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməli idi. Bu zaman kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna sayılırdı. Dəyişikliyə əsasən agent bank və borcalana mənzilin satış qiymətinin 90 faizi çərçivəsində kredit məbləğini müəyyənləşdirmək sahəsində birmənalı sərbəstlik verilib. Başqa sözlə, mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizindən çox olmamalıdır.
Qeyd edək ki, aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
- gənc ailənin üzvü olan şəxslər: (şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
- məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi
növündə xidmət keçən şəxs;
- ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
- fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
- idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman
xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların
mükafatçısı (I, II və ya III yer);
- elmlər doktoru elmi dərəcəsi olan şəxs;
- ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan
Respublikasının hərbi qulluqçuları;
- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar