Xəbər lenti
Gənclər Evində Bayraq günü qeyd edildi -SUMQAYITDA/ FOTOLAR

Sumqayıt Gənclər Evi “English Course" dərnəyinin birgə təşkilatçılığı ilə 9 noyabr -“Dövlət Bayraq Günü"nə həsr olunmuş "Dalğalansın Bayrağım" adlı tədbir keçirmişdir.
Manevr.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncamla hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilidyini, bu şanlı tarixin müqəddəs bayarağımıza, tarixi keçmişimizə və mənəvi - siyasi dəyərlərimizə hörmət, ehtiramın bariz nümunəsi olduğunu qeyd etmiş, gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq ruhunun yüksək səviyyədə olmasının vacibliyini vurğulamışdır.
Sonra dərnəyin idarəçisi Vəfa Süleymanova və gənc könüllü Ceyhun Əskərov mövzu ətrafında çıxışlar etmişlər. Tədbir zamanı Bayraq Gününə həsr olunmuş videoçarx nümayiş olunmuş, yeniyetmə və gənclərin ingilis dilində ifasında mahnı və şer nümunələri səsləndirilmişdir.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar