Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni fırıldaq - Pulunu ver, ərinin yazışmalarından xəbərdar ol -VIDEO

Tarix: 11-11-2017 13:35     Baxış: 5422 A- / A+
Yeni fırıldaq - Pulunu ver, ərinin yazışmalarından xəbərdar ol
Hakerlər sosial şəbəkələrdə şəxsi məlumatları ifşa edən xidmətlər təklif etməkdə davam edir. Bu şəxslər pul müqabilində şəxsi mesajlardan tutmuş şəkillərə qədər bütün informasiyaları bir neçə dəqiqə ərzində oğurlayırlar.

Manevr.az "xəzər tv”yə istinadən məlumatına görə, pul müqabilində həmin şəxs qadınlara həyat yoldaşlarını nəzarətdə saxlamağı təklif edir.

Belə ki, pulunu verirsən və ərinin SMS, "Whatsapp” və sosial şəbəkələrdəki yazışmalarından xəbər tutursan.

Şikayətçinin sözlərinə görə, hətta telefon danışıqlarını belə əldə etmək mümkündür.

İddianın doğruluğunu yoxlamaq üçün telekanalın əməkdaşları deyilən nömrə ilə əlaqa saxlayıblar. Məlum olub ki, həmin şəxs tək kişilərin yox, sifariş əsasında elə qadınların da telefonuna qanunsuz müdaxilə edir.

Onun pulu əvvəlcədən istəməsi isə təklif etdiyi qanunsuz xidməti belə şübhə altında qoyur. Fəaliyyətinin qanunsuz olduğunu xatırlatdıqda isə, qanunlara məhəl qoymadığını bildirib.

İnsanlar isə bunu şəxsi həyata müdaxilə hesab edirlər. Onlar bu təşəbbüsün nikahın dağılması ilə nəticələnə biləcəyini deyirlər.

Qanuna görə, başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyırlar. Kibercinayətkarı isə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar