Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 574 məktəblidə onurğa sütununun əyriliyi aşkarlanıb

Tarix: 10-11-2017 21:12     Baxış: 5363 A- / A+
Azərbaycanda 574 məktəblidə onurğa sütununun əyriliyi aşkarlanıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 oktyabr tarixlərində skoliozun (onurğa sütununun əyriliyi – red) profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib.
Agentlikdən verilən məlumata görə, məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinə daha çox rast gəlindiyini, erkən aşkarlanma zamanı profilaktik tədbirlərin daha səmərəli olduğunu nəzərə alaraq, İTSDA Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə müayinələr təşkil edib və 9228 şagird müayinələrə cəlb olunub.

Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib.

Məktəblərdə aparılmış müayinələrlə yanaşı Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərinə müxtəlif yaş qrupuna aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər.

Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9519 nəfər təşkil edib. Onlardan 32 nəfərinə rentgen müayinəsindən keçmək üçün göndəriş verilib. Rentgen müayinəyə göndərişlərin səbəbləri də müxtəlif olub: yeriyərkən bir tərəfə əyilmə, çiyinlərdə və çanaqda asimmetriyalar, onurğada ağrılar və s.

Müraciət edən vətəndaşların 9294 nəfəri 0-15, 45 nəfəri 16-25 yaş, 38 nəfəri 26-35, 41 nəfəri 36-45 yaş, 42 nəfəri 46-55 yaş, 44 nəfəri 56-70 yaş arasında, 15 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanıb. Müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları tapılıb. Bundan əlavə 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyllilik olduğu aşkarlanıb. Digər müraciətlərdə onurğa sütunu ilə bağlı heç bir patologiya aşkarlanmayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 oktyabr tarixlərində skoliozun (onurğa sütununun əyriliyi – red) profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib.

Məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinə daha çox rast gəlindiyini, erkən aşkarlanma zamanı profilaktik tədbirlərin daha səmərəli olduğunu nəzərə alaraq İTSDA Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə müayinələr təşkil edib və 9228 şagird müayinələrə cəlb olunub.

Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib.

Məktəblərdə aparılmış müayinələrlə yanaşı Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərinə müxtəlif yaş qrupuna aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər.

Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9519 nəfər təşkil edib. Onlardan 32 nəfərinə rentgen müayinəsindən keçmək üçün göndəriş verilib. Rentgen müayinəyə göndərişlərin səbəbləri də müxtəlif olub: yeriyərkən bir tərəfə əyilmə, çiyinlərdə və çanaqda asimmetriyalar, onurğada ağrılar və s.

Müraciət edən vətəndaşların 9294 nəfəri 0-15, 45 nəfəri 16-25 yaş, 38 nəfəri 26-35, 41 nəfəri 36-45 yaş, 42 nəfəri 46-55 yaş, 44 nəfəri 56-70 yaş arasında, 15 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanıb. Müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları tapılıb. Bundan əlavə 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyllilik olduğu aşkarlanıb. Digər müraciətlərdə onurğa sütunu ilə bağlı heç bir patologiya aşkar olunmayıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar