Xəbər lenti
Səyyad Salahlı: Dində parçalanmalar cəmiyyətin parçalanmasına zəmin yaradır
"Təəssüf ki, dində parçalanmalar dini zəiflədir, cəmiyyətin parçalanmasına zəmin yaradır. Bu da qırğınlara, müharibələrə səbəb olur. Şərqdə baş verən hadisələr buna bariz sübutdur".
Manevr.az report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” adlı konfransda deyib.
Onun sözlərinə görə, bəzi halarda demokratiyanın mahiyyəti düzgün qiymətləndirilmir: "Bəziləri elə bilir ki, demokratiya insanın istədiyini danışmasıdır. Lakin cəmiyyət içində hər istədiyini demək olmaz. Çünki hər kəsin anlama tərzi fərqlidir. Bu da müəyyən mənada yanlış anlamalara səbəb ola bilər".
S.Salahlı qeyd edib ki, İslam dininin prinsipləri sülhün aşılanmasına yönəlib.
Qeyd edək ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı İslam Universitetinin rəhbərliyi, universitetin müəllim-tələbə heyəti, eləcə də, dini sahədə fəaliyyət göstərən ekspertlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfransda milli-mənəvi, dini dəyərlərin cəmiyyətdə təbliğinin hansı əsaslar üzrə aparılması, son illərdə dövlətin geniş vüsət almış din siyasətinin müxtəlif vasitələrlə ictimaiyyətə çatdırılması yolları, dövlətçiliyi və milli-mənəvi irsi qorumaq, eləcə də, təbliğ etmək kimi məsələlər, eyni zamanda, dini maarifləndirmə işinin təşkili və aparılması sahəsində əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə edilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar