Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bəzi saytların fəaliyyətində problem yarandı – SƏBƏB

Tarix: 10-11-2017 10:33     Baxış: 5294 A- / A+
Azərbaycanda bəzi saytların fəaliyyətində problem yarandı


Azərbaycanda bəzi media saytlarının və forumların fəaliyyətində texniki nasazlıqlar yaranıb.
Manevr.az-ın oxu.az-a istinadən xəbərinə görə, buna Almaniyada yerləşən data mərkəzində qəzanın baş verməsi səbəb olub.
Qeyd edilir ki, Almaniyanın OVH data mərkəzində baş vermiş texniki qəza nəticəsində minlərlə sayt fəaliyyətini müvəqqəti dayandırıb.
Ölkəmizlə yanaşı, bəzi xarici saytların, o cümlədən, “Vedomosti”, “The New Times” kimi xəbər portallarının fəaliyyətində də problemlər yaşanıb.
Fəaliyyətində problemlər yaranan saytların fiziki olaraq yalnız bir serverdən istifadə etməsi göstərilir.
Ekspert Hüseyn Hüseynzadə belə xoşagəlməz halların qarşısını almaq və saytların fəaliyyətinin müstəqilliyini qorumaq üçün əsas həll yolu olaraq, məlumatların iki serverdə saxlanılmasını tövsiyə edir:
“Bir serverin xaricdə rezerv olması, yerli data mərkəzlərində saxlanılan serverin isə əsas olması məqsədə uyğundur. Bu halda, sayt Azərbaycan ərazisində çox sürətli işləməklə yanaşı, hər hansı bir data mərkəzin texniki qəzalarından asılı olmur. Həmçinin bu ölkədən xaricə valyuta axını və sonucda internet xidmətini təqdim edən provayderlərin xərclərini azaldaraq İnternetin qiymətinin ucuzlaşmasına səbəb olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar