Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

3 yaşlı uşağın ölümü ilə bağlı baş həkimin ilginc ifadəsi – “Xəstənin vəziyyətinə görə bütün məsuliyyəti müalicə həkimi daşıyır”

Tarix: 10-11-2017 09:54     Baxış: 2662 A- / A+
3 yaşlı uşağın ölümü ilə bağlı baş həkimin ilginc ifadəsi


Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Manevr.az-ın xəbərinə görə, prosesə sədrlik edən Ruqiyyə Əsgərova iddia tərəfinin hakimin dəyişdirilməsilə bağlı qaldırdığı vəsatətin əsassız olduğu üçün təmin olunmadığını bildirib.

Prosesin əvvəlində hakim deyib ki, əlavə şahid qismində məhkəmədə ifadə verməsi üçün Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov dəvət edilib və bununla bağlı Səhiyyə Nazirliyinə rəsmi məktub göndərilib.

Vəkil Əli Hüseynov vəsatətlə çıxış edərək, bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamlardan biri də rəsmi sənədlərin saxtalaşdırılmasıdır. O, burada ittiham predmeti olmadığını deyib: "Çünki jurnal rəsmi sənəd deyil. Burda isə jurnalın saxtalaşdırılmasından söhbət gedir. Mən bunun araşdırılması üçün aidiyyatı orqanlara sorğu verilməsini istəyirəm".
Hakim vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb.

Sonra prosesdə əlavə şahidlər dindirilib.
“Real” Tibb Mərkəzinin direktoru Vidadi Əzimov ifadəsində bildirib ki, hadisə baş verən gün axşam saatlarında A. Qurbanlının vəziyyətinin pisləşməsi ilə bağlı məlumat alıb: "Mən də dərhal palataya gəldim. Gördüm ki, həkimlər uşağa süni nəfəs verir. Ancaq təəssüflər olsun ki, səylərimiz uğursuz oldu və uşaq dünyasını dəyişdi. Hadisə günü bizə də zərərçəkənlərin yaxınları tərəfindən fiziki təzyiq oldu. Təbii ki, bu da anlaşılandı. Uşağın əməliyyatdan sonra görüntüləri var idi. Ordan görünürdü ki, uşaq əməliyyatdan sonra oyanıb, palataya necə gətilib. Mən istərdim ki, o görüntüləri zərərçəkmiş tərəf də izləsin".

Burada müdafiə tərəfinin vəkili Ə. Hüseynov müdaxilə edərək bildirib ki, həmin görüntülər disklərdən silinib və istintaq materiallarına daxil edilməyib.

V. Əzimov ifadəsində bir sıra ilginc detallar səsləndirib. Onun sözlərinə görə, xəstəyə cavabdeh olan şəxs birbaşa müalicə həkimi cərrah İlham Ağayevdir: “Baş həkimin sözlərindən məlum olur ki, xəstənin vəziyyəti pisləşmişdisə müalicə həkimi konsilium keçirməli idi. Xəstənin vəziyyətinə müalicə həkimi cavabdehdi. Bu isə o deməkdir ki, belə bir vəziyyət ya olmayıb, ya da olubsa da müalicə həkimi vəzifəsini düzgün yerinə yetirməyib”.

Baş həkimin dediklərindən o da məlim oldu ki, xəstənin əməliyyatdan sonrakı vəziyyəti barədə xəstəlik tarixçəsində sonradan əlavələr olunub. Müalicə həkimi həmin jurnalda istintaq dövründə əlavələr edib və jurnalın səhifələrində bu aydın görünür. Xəstənin adına açılmış xəstəlik tarixində sonradan, yəni xəstəlik tarixi prokuraturaya verildikdn sonra müaliəe həkimi tərəfindən saxta qeydlər aparılıb. Hansı ki, həmin qeydlər ekspert rəyində olmalı olduğu halda orada yoxdu.

Klinikanın direktorunun sözlərindən məlum olub ki, istintaqı aparan müstəntiq müəyyən prosedurlarda saxtakarlığa yol verib: “Prokuraturanın əmakdaşları meyiti xəstəlik kağızı ilə birlikdə tələm-tələsik götürüb apardılar ekspertə. Halbuki bu belə olmalı deyildi. Xəstəlik tarixi jurnalına baxılmalı, rəsmi hazırlıqlar görülməli, bundan sonra meyit aparılmalı idi”.

Baş həkim bildirib ki, istintaq dövründə o, müstəntiq tərəfindən dindirilməyib. Bundan əlavə, həmin hadisənin videogörüntüləri də istintaq materiallarına nədənsə daxil edilməyib: “Hansı ki, həmin görüntülərdən aydın görünür ki, xəstə əməliyyatdan necə ayılıb və palatay necə gətirilib. Bu görüntüləri mənim iş otağımda bizim IP mühəndisi və müstəntiqlə birlikdə izləmişik. Orada bütün hadisələr dəqiq vaxtı ilə görüntülənib. Lakin müstəntiqin istintaq materiallarında qeyd etdiyi tarixlərdə çoxlu sayda ziddiyyətlər var”.

V. Əzizov qeyd edib ki, müstəntiq bütün materialları götürərkən iki nəfər şahidlə protokollaşdırmışdı. Lakin anesteloji vəsait jurnalını xəbərsiz götürüb və bu barədə müəssisənin rəhbəri kimi ona məlumat verməyib: “Mən o jurnalda guya qaralama edilməsi barədə sonralar eşitdim. Anesteoloji vəsait jurnalı sonradan saxtalaşdırılıb”.

Sonra digər şahidlər ifadə veriblər.
Qəbul şöbəsinin əməkdaşı Vəfa Rəhimova bildirib ki, o xəsətlərin vəziyyətilə tanış olmaq məqsədilə palataları gəzərkən Arzu Qurbanlının da otağına girib və uşağın vəziyyətini soruşub: “Təqribən saat 20 radələrində mən onun palatasına girdim və soruşdum ki, necəsən? Uşaq da mən cavab verdi və “Yaxşıyam” dedi”.

Lor sahəsi üzrə tibb bacısı Vüsalə Səfiyeva ifadəsində vurğulayıb ki, əməliyyatdan sonar uşağın ayılması üçün lazım olan prosedurları edərkən o deyilənlərə reaksiya verirdi.

Sanitar tibb bacısı Məmmədova Süngülə deyib ki, uşağın əməliyyatdan sonra ayıldığını və qusduğunu görüb. Təmizlik işlərini isə özü edib: “Mən axşamüstü palatay gələndə uşağın vəziyyəti yaxşı idi. Anası da pəncərinin qabağında yoldaşı ilə telefonla danışırdı. Hətta deyirdi ki, uşaq darıxır, bacısını istəyir. Bəlkə həkimlə danışaq aparaq evə”.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar