Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qızın qızla, kişinin kişi ilə evlənməsi... - Şeyx

Tarix: 10-11-2017 08:45     Baxış: 5375 A- / A+
Qızın qızla, kişinin kişi ilə evlənməsi...


Bu gün Avropa ölkələri ilə əlaqələrimiz genişlənib. Buna hazır olmayan, kor-koranə təsir altına düşən xeyli gəncimiz var. Artıq tatu, cırıq şalvar, beli, göbəyi açıq geyimlər, qızın qızla, kişinin kişi ilə evlənməsi təbliğ olunur. Bu eybəcərliklərə qarşı vuruşmaq lazımdır.

Manevr.az xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında aktyor, rejissor Şeyx Əbdül Mahmudov son günlər ölkədə baş verən məişət hadisələri haqda danışarkən deyib. Onun sözlərinə görə, bu gün Avropanın yox, ölkəmizin dəyərlərini təbliğ etmək lazımdır:

“Dünya əxlaqla, qanunla idarə olunmalıdır. Əxlaqsızlıq, vəhşilik baş alıb gedir. Axı bunlar kimə lazımdır? Bu nə xəstəlik, nə bəladır ki, kütləvi şəkildə yayılıb gedir?!

O ki qaldı texnoloji inkişafa, bu, ümumi dünyanın inkişafıdır. Həmişə “Avropa, Avropa” deyirik. Mən dünyanı bir neçə dəfə gəzmişəm, Avropada da olmuşam. Texniki inkişaf qədim şərq ölkələrindən gəlib. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminin axarını dəyişib. Bəyəm, Lütfi Zadə avropalı idi? Avropadan ölkəmizə narkomaniya, əxlaqsızlıq kimi vərdişlər gəlib. Azərbaycanda belə əxlaq var idi? Tarix boyu ölkəmizdə böyüyə hörmət, kiçiyə sayğı, namus, qeyrət olub.

Eşitdim ki, o gün bir qız atasını baltalayıb öldürüb. Bəyəm, bu, Azərbaycan xalqına yaraşan əxlaqdır? Belə zərərli vərdişlərin təbliğ olunması lazım deyil. Bizim bütün dünyaya nümunə olacaq milli-mənəvi dəyərlərimiz var. Bax, bunları təbliğ etmək lazımdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar