Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı biznesmen Moskvada 5 milyardlıq layihəyə başlayır

Tarix: 09-11-2017 16:24     Baxış: 5339 A- / A+
Azərbaycanlı biznesmen Moskvada 5 milyardlıq layihəyə başlayır


Rusiyada azərbaycanlı tikinti maqnatı İlqar Hacıyevin sahibi olduğu SDİ Group şirkəti Moskvanın Vernadsk prospektində iki göydələnin tikintisinə hazırlaşır.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İlqar Hacıyev özü Moskvada jurnalistlərə bildirib.

İ.Hacıyev Azərbaycanın "Akkord” tikinti-sənaye korporasiyasının keçmiş səhmdarı və icraçı direktorudur. O, korporasiyadakı payını digər ortaqlarına sataraq əsas fəaliyyətini Rusiyaya keçirib.

Biznesmen bildirib ki, hazırda göydələnlərin tikintisi ilə əlaqəli sənədlərin tərtib olunması prosesi gedir. Göydələnlərin hündürlüyü 120 metr olacaq, tikinti təxminən üç ay sonra başlayacaq və 3 il sonra başa çatdırılacaq. "Bu, nöqtəvi tikinti olacaq”-Hacıyev deyib. Biznesmenin sözlərinə görə, tikintiyə 5 milyard rubl sərmayə qoyulacaq. Ancaq o, layihənin digər parametrlərini açıqlamayıb.

SDİ Group şirkəti 2014-cü ildən fəaliyyətdədir, fəaliyyət sahəsi mənzil və yol tikintisi, tikinti materiallarının və hazır konstruksiyalaın istehsalıdır. Şirkət Moskva ətrafındakı "Piroqovskaya Riverya” yaşayış kompleksi layihəsinin səhmdarlarından biri olub. İndi İlqar Hacıyev bildirib ki, digər ortaqlar layihədən çəkilib və SDİ Group hazırda bu layihənin tam sahibidir. Yaşayış kompleksindı 400 min kvadratmetrlik yaşayış sahəsi olacaq, indiyədək 80 min kvadratmetr tikilib. "Əgər bazar şərtləri imkan versə layihəni üç ilə tamamlayacağıq”-o deyib.

Qeyd edək ki, İlqar Hacıyevin Bakıda da tikinti layihələrində iştirakı var. Bu günlərdə Xırdalanda İ.Hacıyevə bağlı "Nova Development Group” şirkətinin həyata keçirdiyi "Nova City” yaşayış kompleksində vaxtilə bu şirkətin satış meneceri olmuş şəxs tərəfindən eyni mənzillərin bir neçə nəfərə satılması ətrafında qalmaqal mətbuata çıxmışdı. "Nova Development Group” şirkətinin 50 faizi azərbaycanlı iş adamı İlqar Hacıyevə, qalan 50 faizi isə İsveçrənin "Novanord Holdings” şirkətinə məxsusdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar