Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Horadizdə Dövlət Bayrağı Günü qeyd olunub - FOTOLAR

Tarix: 09-11-2017 13:46     Baxış: 3359 A- / A+
Horadizdə Dövlət Bayrağı Günü qeyd olunub
Horadiz şəhərində 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, N saylı hərbi hissənin əsgər və zabitləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra başçısı Alı Alıyev qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bayraq milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib:

“Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Hər bir azərbaycanlı Azərbaycanın üçrəngli bayrağını özünün qürur mənbəyi hesab edir. Sevindirici haldır ki, Bakı ilə yanaşı respublikanın bölgələrində də üçrəngli bayrağımızın şərəfinə Bayraq meydanları tikilir, muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir. Füzuli rayonunda Horadiz şəhərində də Dövlət Bayrağı meydanı inşa olunub, Bayraq Muzeyinin tikintisi isə başa çatmaq üzrədir”.
Tədbirdə çıxış edən digər natiqlər bayrağımızın yaranması tarixindən danışıblar.
Horadizdə Dövlət Bayrağı Günü qeyd olunub
Horadizdə Dövlət Bayrağı Günü qeyd olunub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar