Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilib -FOTOLAR

Tarix: 09-11-2017 11:07     Baxış: 31 023 A- / A+
«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilib


Manevr.az-ın verdiyi xəbərə görə, SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışması keçirilmişdir.

“Azərikimya” İB-nin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, Bakı Mühəndislər Universitetinin, Sumqayıt Dövlət Universitetinin, AMEA Polimer Materialları İnstitutunun, MDU-nun Bakı filialının, YAP Sumqayıt şəhər təşkilatının, Karbamid zavodunun, “Socar-Polymer” MMC-nin, FHN-nin Sumqayıt Regional mərkəzinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, “N” saylı hərbi hissənin, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, şəhər təhsil şöbəsinin və digər müəssisələrin komandaları da daxil olmaqla 22 komanda qatılmışdır.

Bilik yarışması bütün komandaların xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Xəmsə” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilmişdir. Ənənəvi olaraq üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam edən yarışmada yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Bakı Mühəndislər Universitetinin komandası birinci, “Azərikimya” İB-nin və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Həmçinin Bakı Ali Neft Məktəbinin ikinci komandası dördüncü yerə, SOCAR-ın Təlim Tədris və Setifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzinin komandası isə həvəslən-dirici mükafata layiq görülmüşdür.

«Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutmuş komandaların üzvlərini təbrik etmiş, onlara daha böyük qələbə sevincləri arzulamışdır.

Qalib komandalara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunmuşdur. Həmçinin “Socar-Polymer” MMC-nin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılmışdır.

«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilib
«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilib
«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilib
«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilib
«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilib
«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilib
«Azərikimya» İB-də “Xəmsə” bilik yarışı keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar