Xəbər lenti 
					
 
		“Məni qucaqladı, öpdü, sonra keçindi” - Aktrisa yubileyində ölən rejissordan danışdı

“Ələkbər Kazımovski məni qucaqlayıb öpdü, sonra dünyasını dəyişdi”.
Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist Nahidə Orucova dünən vəfat edən rejissorla bağlı fikirlərini bildirərkən deyib. Bildirib ki, rejissorun ölümü məclisdə iştirak edən hər kəsə təsir edib: “Çox pis olduq, hamı şoka düşmüşdü. Çox gözəl insan idi. Gəlməyi, məni təbrik etməyi ilə ölməyi bir oldu. Hələ məclis başlamamışdı. Qonaqlar gəlirdi. Mən də onları qarşılayırdım. Mənə yaxınlaşdı, öpdü, qucaqladı, təbrik elədi. Baxdım ki, tərin içindədir. Soruşdum ki, nə olub belə. Dedi “yol gəlmişəm, nəsə isti olub tərləmişəm”. Dedim otur su iç, özünə gəl. Oturmağı ilə başını Məhərrəm Bədirzadənin çiyninə qoyması bir oldu. Elə oradaca keçindi”.
Aktrisa bu olaydan sonra hələ də özünə gəlmədiyini deyib: “İstəməzdim ki, belə bir insan aramızdan getsin”.
Qeyd edək ki, məşhur rejissor, Əməkdar incəsənət xadimi Ələkbər Kazımovski dünən dünyasını dəyişib. Hadisə Ağdaş restoranında aktrisa Nahidə Orucovanın yubileyi münasibəti ilə keçirilən mərasimdə baş verib.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















