Xəbər lenti
"Sumqayıt Gənclər Evi" nə könüllülər qəbul edildi -FOTOLAR

Manevr.az-ın vediyi xəbərə görə, Sumqayıt Gənclər Evinin elan etdiyi VI könüllü müsabiqəsinə seçim keçirildi. Müsabiqə çərçivəsində şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Gənclər Evində könüllülərin müsahibə mərhələsi keçirilmişdir. Müsabiqənin məqsədi ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn məsələlərin icrası, gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və yaradıcılıq potensiallarının üzə çıxarılması, könüllülük hərəkatına dəstək olmaqdır.
Təşkilatı iş və müəllim köməkçisi olmaqla 2 istiqamət üzrə keçirilən müsabiqəyə 30 nəfərdən çox gənc müraciət etmişdir. Gənclər Evində təşkil olunan müsahibə mərhələsindən uğurla keçən gənclər müvafiq istiqamətlər üzrə könüllülük fəaliyyətinə qəbul edilmişdir. Könüllülər əlavə olaraq Gənclər Evində keçirilən seminar, təlim, kompyuter kursları, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri, flaşmoblara cəlb ediləcəklər. Könüllülük fəaliyyətinin sonunda isə iştirakçılara fəaliyyətlər üzrə “Könüllülük sertifikatı” təqdim ediləcəkdir.
Qeyd edək ki artıq VI buraxılış təşkil olunan Könüllülük fəaliyyətində indiyə qədər 105 gənc iştirak etmişdir.






Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar