Xəbər lenti
Azərbaycanda 10 şəxsi yaxta və 38 şəxsi gəmi var – Sahibləri kimlərdi?
Azərbaycanın dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyatda olan yaxtaların sayı açıqlanıb.
Manevr.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.
T.Müseyibov gəmilərin qeydiyyatı və idarə edilməsinin qanunvericiliklə müəyyən olunduğunu deyib:
"Dövlət başçısının 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında əsasnamə”də Administrasiyanın vəzifə və hüquqları müəyyən edilib. Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, Dövlət Dəniz Administrasiyasının vəzifələrinə aiddir. Gəmilərin idarə olunması – STCW – Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən verilən diplom və xüsusi hazırlıq sertifikatları əsasında həyata keçirilir”.
Qurum rəsmisi qeyd edib ki, Azərbaycan 1995-ci ildən BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub:
"Beynəlxalq konvensiya və protokollardan irəli gələrək dəniz nəqliyyatı sahəsinə dair tələblərin təmin olunması qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir. Yeri gəlmişkən bildirim ki, Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu 2017-ci il 28 may-6 iyun tarixlərində Azərbaycanda səfərdə olub. Səfərdə məqsəd Dövlət Dəniz Administrasiyasında yoxlama aparmaq və dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətini qiymətləndirmək olub. Audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə əsasən respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub”.
T.Müseyibovun sözlərinə görə, Azərbaycanın dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində 487 müxtəlif tipli gəmi qeydiyyata alınıb:
"Keçirilən audit yoxlaması zamanı iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunan mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Audit Ekspert Qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Azərbaycan Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində 487 müxtəlif tipli gəmi qeydiyyata alınıb. Dövlət gəmi reyestrində 15 ədəd yaxta qeydiyyata alınıb ki, bunlardan 10 ədədi fiziki şəxslərin mülkiyyətindədir. Həmçinin, dövlət gəmi reyestrində fiziki şəxslərə məxsus 38 müxtəlif tipli gəmi qeydiyyata alınıb. Kiçik həcmli gəmilərin qeydiyyatı və idarəetmə sənədinin verilməsi isə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar