Xəbər lenti
7 noyabr paradı və şalvarını unudan Hitler - MARAQLI
İkinci dünya müharibəsində Hitleri sarsıdan, onu hədsiz dərəcədə hiddətləndirən və qəzəbləndirən, onun dəmir iradəsinə ağır zərbə vuran hadisələrdən biri alman qoşunlarının Moskva ətrafında mövqe tutduqları bir ərəfədə Qızıl meydanda keçirilən hərbi parad olub. Bu paradın keçirilməsində məqsəd sovet insanlarının mənəvi ruhunu qaldırmaqla yanaşı, həm də düşmənə psixoloji zərbə vurmaq idi.
Manevr.az modern.az-a istinadən həmin tarixə nəzər salır.
1941-ci ildə Böyük Oktyabr Sosialist inqilabının ildönümünə on gün qalmış Stalin Kreml məmurlarını kabinetinə yığır. Müşavirəyə həmçinin generallar da dəvət olunur. O, əvvəlcə üzünü Jukova tutub soruşur:
- Yoldaş Jukov, siz inanırsınızmı ki, biz Moskvanı saxlaya biləşəyik? Mən bunu sizdən ürək ağrısı ilə soruşuram. Mənə həqiqəti söyləyin.
Jukov qətiyyət və inamla cavab verir:
- Moskvanı hökmən saxlayacağıq. Ancaq əlavə olaraq iki ordu və ən azı iki yüz tank lazımdır.
- Belə qətiyyət və inam çox yaxşıdır. Siz baş qərərgaha zəng vurun, onlar sizə lazım olan orduları sərəncamınıza göndərsin. Qaldı tank məsələsinə, mən onları sizə verə bilməyəcəyəm. Çünki əlavə tankımız yoxdur. Mən daha bir məsələ haqqında sizdən soruşmaq istəyirəm. On gündən sonra Oktyabr inqilabının ildönümüdür. Biz təntənəli yığıncaqla yanaşı Qızıl meydanda hərbi parad da keçirmək istəyirik. Cəbhədəki vəziyyət buna imkan verəcəkmi?
Jukov yenə də qətiyyətlə cavab verir:
- Mən əminəm ki, yaxın günlərdə alman qoşunlarının hücum planı yoxdur. Ötən döyüşlərdə düşmən qüvvələri böyük itkilər verib. Hazırda onlar qoşunlarının bərpası ilə məşğuldurlar.
Stalin başı ilə razılığını bildirir və daha iki yüksək çinli hərbçiyə, general Artyomova və general Jiqaryova müraciət edir:
- Oktyabr bayramında hərbi paradın keçirilməsinə siz necə baxırsınız?
Generallar susurlar. Stalin sualını yenidən və bir az əsəbi tərzdə təkrar edir:
- Bayramda hərbi parad keçirəcik, yoxsa yox, nə düşünürsünüz?
General Artyomov inamsız şəkildə cavab verir:
- Yoldaş Stalin mövcud vəziyyət bir az başqa cür tələb edir. Həm də Moskvada qoşunlarımız yoxdur axı. Bütün hərbi birləşmələr ön xəttədir. Belə vəziyyətdə hərbi parad keçirmək məqsədəuyğyndurmu?
Stalin generalın cavabına kinayə ilə gülümsəyir:
- Bu sizin fikrinizdir. Dövlət Müdafiə Komitəsi və Siyasi büro isə belə hesab edir ki, parad keçirilməlidir. Bu tədbir ordumuzun şəxsi heyətində və insanlarda böyük ruh yüksəkliyinə səbəb olacaq. Biz bu paradı keçirəcəyik. Parada hazırlıq işi tam məxfi saxlanılmalıdır.
Beləliklə Dövlət Müdafiə Komitəsi və Siyasi büro qərara gəlir ki, 1941-ci ilin Noyabrın 7-də Oktyabr bayramı ilə bağlı hərbi parad Qızıl meydanda, təntənəli yığıncaq isə metronun “Mayakovski” stansiyasında keçirilsin.
Qəbul olunmuş qərara uyğun olaraq Moskvanın qarlı 7 noyabr günündə səhər Qızıl meydanda parad keçirilir və bu paradda Stalin təbrik nitqi ilə sovet vətəndaşlarını təbrik edir.
Müharibə xəritəsinin rəqib tərəfində isə tamam başqa hadisələr cərəyan edir. Həmin tarixi parad günü Hitler səhər yatağından qalxan kimi radionu işə salır. Bu həmin vaxta təsadüf edir ki, Qızıl meydanda parad keçirilir. Bir an baş verənlər Hitlerə çatmır. O bir neçə dəqiqə də radio vasitəsi ilə paradın canlı yayımına qulaq asır və qəzəbindən qışqırmağa başlayır:
- İnanmıram, bu mümkün deyil, ola bilməz!
Qışqırığa oyanan Yeva nə baş verdiyini soruşanda Hitler qəzəbdən boğulu-boğula cavab verir:
- Qulaq as gör nələr baş verir. Mən buna inanmaq istəmirəm. Bu uçurum deməkdir, bu alman ordusu üçün biabırçılıqdır. Mən dünyaya bəyan etmişdim ki, noyabrın 7-də paradı mən qəbul edəcəm, meydandan alman qoşunları keçəcək. Mən buna dözə bilmərəm, ürəyim parça-parça olacaq.
Yeva sevimlisini sakitləşdirməyə cəhd etsə də Hitlerin hiddəti azalmır. O düyməni basıb ordu rəhbərlərini təcili öz sarayına çağırır. Fürer generalları uzun-uzadı danladıqdan sonra ürəyi yenə də soymur. Dəstəyi qaldırıb Moskva yaxınlığındakı alman qoşunlarının komandiri ilə calamağı əmr edir. Rabitə yaradılır. General rütbəli dviziya komandiri özünü sona qədər təqdim etməyə macal tapmır. Hitler onun sözünü yarımçıq qoyur:
- Siz general deyilsiniz, eşşəksiniz. Gözünüzün qabağında ruslar parad keçirir, siz isə donuz kimi yatırsınız.
- Mənim Fürerim, hava şəraiti uçuşlara imkan vermir.
- Əsl təyyarəçi istənilən havada uçmağı bacarır. Məni ən yaxşı təyyarəçilərlə calayın.
Dəstəyi yaxınlıqda olan ober-leytenanta verirlər:
- Mənim Fürerim ober-leytenant sizi eşidir.
- Siz əsl almansınız, mən inanıram ki, siz ən yaxşı təyyarəçisiniz, siz artıq ober-leytenant deyilsiniz, kapitansınız, yox-yox mayorsunuz. Elə indi, bu dəqiqə qırıcıları havaya qaldırın, Qızıl meydanı bombalayın.
Qızıl meydanda hərbi parad sona çatmışdı. Almanların qırıcıları isə sovet qoşunları tərəfindən məhv edilir.
Generallar Hitlerin sarayını tərk etdikdən sonra Yeva ona yaxınlaşır:
- Adolf, sən gərək heç olmasa şalvarını geyinəydin.
- Nə olub bəyəm, mən belə pis görünürəm?
- Yox ona görə demirəm, sadəcə tabeçiliyində olan məmurların qarşısına alt paltarda çıxmaq yaxşı hal deyil.
- Lap yaxşıdır, Füreri istənilən formada sevmək lazımdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar