Xəbər lenti
Rövşənin “Lotu Quli”dən qisasını Şeyx Həmzət alacaq - Qardaşı ilə foto
Öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev indiyə qədər İstanbulda həbs altındadır.
Manevr.az virtualaz.org-a istinadən bildirir ki, onun azad olunması və tezliklə Azərbaycana deportasiya olunacağı haqda bəzi KİV-lərdə yayılmış informasiyalar öz təsdiqini tapmayıb.
Xatırladaq ki, Namiq Canıyev 2 noyabrda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulun Bakır-keyi ərazindəkidə Ömür alış-veriş ticarət mərkəzində keçirilmiş xüsusi əməliyyatın gedişatında saxlanılıb. 11 nəfərdən ibarət qatillər qrupu, hansına ki, Namiq Canıyev də daxil idi, bir müddət əvvəl həbsdən azad olunmuş “qanuni oğru” Lotu Qulinin evinə hücum hazırlayıb. Qatillər Lotu Qulinin özü və bütün ətrafı ilə qurtarmağı planlaşdırıblarmış.
Bu hücumun dəqiq planlaşdırıldığını Namiq Canıyevin telefonunda aşkar edilmiş şəkillər də təsdiqləyir. Həmin şəkillərdə Lotu Qulinin evinin və oun ətraf ərazisinin tam və detallı sxemi göstərilib.
İstanbulun təhlükəsizlik polisi Namiq Canıyevin həbsi haqda qərar qəbul edib. Ehtimal ki, ona lotu Quliyə və onun ətrafına sui-qəsdin təşkili ilə bağlı ittihamlar veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar