Xəbər lenti
Qadının kişi ilə nikahsız sevişməsi... - Ülvi sevgi yox- zinakarlıqdır...
Zinakarlıq isə vələdüz-zinaları ölkənin başına gətirib çıxaran bir bəladır...
Allaha, Qurana, Peyğəmbərə(s) yalandan and içmirsinizsə, bunu oxuyun...
Son günlər vaqonda, türmə otaqlarında məhbusla görüşüb gecələyən, onun qucağında əyləşib mahnı oxuyan, sonra da sevgilisini həbsdən qaçırmağa cəhd etdiyi üçün özü zindana atılan, “Azərbaycan qadını” deməyə adamın dili çönməyən bir məxluqu bəzi modern (!) yazarlar, yazıçılar, bəstəkarlar, şou-biznes nümayəndələri, hətta xalq artistləri, az qala, qəhrəman səviyyəsinə qaldırır,” ülvi sevgisi”nin qurbanı kimi onun haqqında şeirlər, nəğmələr, hekayələr, romanlar yazmağa hazırlaşırlar...
Cəmiyyətimiz sovet, ateist tərbiyəsi görmüş və İslamdan, türklükdən xeyli uzaqlaşmış, xeyli hissəsi alkoqola və zinaya meyilli orta və yaşlı nəsillə, Qərb dermokratiyasının (!) nəfsə, ürəyin istədiyini etməyə azadlıq verən liberal təfəkkürü ilə tərbiyələnən gəcliyin baxışları arasında çabalayır, təəssüf ki... Doğru yol göstərən isə azadır...
Hər birimiz yeniyetməlik və gənclik çağlarımızda bilməzlikdən, məlumatsızlıqdan xəta, günah edə bilərik. Ancaq bu gün şüurlu insanlar kimi özümüzü müsəlman, türk, azərbaycanlı hesab ediriksə, dəqiqəbaşı Allaha, Qurana, and içiriksə, o halda həyati məsələlərə İslamın, törəmizin, milli əxlaqımızın hüdudlarından baxmalıyıq...
Allahın nəinki zinanı - yad qadınla qeyri-qanuni cinsi əlaqədə olmağı, hətta zinaya yaxınlaşmağı belə qadağan etməsi haqda ayəni oxuyaq: ”Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (Qurani-Kərim,Əl-İsra surəsi, 32-ci ayə).
Yaradan zinakar kişiyə və qadına cəza haqqında isə belə buyurur: ”Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir)” (Ən-Nur, 2).
Təəssüf ki, bu gün gənclərimizə həyatda qazancın, yeməyin, içkinin, geyimin halal-haramı olduğu kimi, qadın-kişi, qız-oğlan arasındakı sevgi münasibətlərinin də Allah və Onun Peyğəmbəri(s) tərəfindən müəyyən edilmiş normaları olduğunu anladan din xadimləri və ziyalılarımız çox azdır. Bu isə bir millət olaraq gələcəyimizi şübhə altına qoyur...
“Dəyərlər” nəşrində qadın və kişilərin naməhrəm və məhrəm sərhədlərini qoruması haqda ibrətamiz bir yazı dərc olunub. Onu da nəzərinizə çatdırmağı özümüzə borc bilirik:
“Müasir dövrdə namərhəmlə məhrəm sərhədlərinə çox vaxt diqqət edilmir və hər küçə və parkda əl-ələ tutub yeriyən cavanları görmək olur. Bu mənzərəni görən hər bir insanda belə bir sual yaranır ki, bunlar evlilik üçün hələ cavandırlar, bəs bacı və qardaş kimi də görünmürlər, onda bu, nədir?
Belə cavanlara heç bir dillə səhv etdilərini başa salmaq mümkün deyildir. Çünki onlar bu rabitəni düzgün hesab edir və qəbul edirlər.
Bəs Həzrət Peyğəmbər (s) bu cür rabitələrə necə münasibət nümayiş etdirirdi? Bunu qeyd etmək lazımdır ki, cavanların naməhrəm və məhrəm sərhədlərini qorumaması iffətsizliyin artmasına səbəb olur. O zaman ki, bir cavan görür ki, başqa br cavan rahat şəkildə küçədə naməhrəmlə əl-ələ tutub yeriyir, ya qız görür ki, özü kimisi bu işi rahat şəkildə görə bilir, öz-özünə düşünür ki, deməli, bu iş üçün heç bir maneə yoxdur. Əlbəttə, bundan cavanlarımızın lazımlı qədər biliyə və agahlığa malik olmamaqları da təsirlidir. Başqa bir tərəfdən isə şeytanın vəsvəsəsi bir çox cavanları bu yola təşviq edir.
Həzrət Peyğəmbər (s) buyurur: “Naməhrəm qadınlarla kişilərin arasında ayrılıq icad edin. (Bir-biri ilə təmas qurmasınlar). Çünki o zaman ki, onlar üz-üzə qərar tuturlar, bir-birinə gedib-gəlirlər, cəmiyyət elə bir dərdə düçar olur ki, müalicə olunmaz”.
Həzrət (s) başqa yerdə buyurur: “Naməhrəm qadınla xəlvət etməkdən çəkinin. Canım əlində olan Allaha and olsun ki, o zaman ki, qadınla kişi xəlvət edər, o məkana şeytan daxil olar. Çirkə bulaşmış bir donuzun insana dəyməsi bir qadının çiyninə naməhrəm kişinin dəyməsindən daha yaxşıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir iynənin sürətlə sizin başınıza yuxarıdan enməsi naməhrəm qadına toxunmaqdan daha yaxşıdır”.
Həzrət (s) naməhrəm qadınla zarafat etmək haqqında buyurur: “Hər kim naməhrəm qadınla zarafat edər, ona dediyi hər kəlməyə görə onu cəhənnəm atəşində min il həbs edərlər”.
Həzrət Peyğəmbər (s) naməhrəm qadına əl vermək haqqında buyurmuşdur: “Hər kim naməhrəm qadına əl verər, Qiyamət günü əlləri boynuna zəncirlənmiş halda məşhur olar. Sonra əmr olunar ki, onu atəşə aparsınlar”.
İmam Əli (ə) buyurur: “Ey Allah bəndələri! Kişilərin naməhrəm qadınlarla söhbət etməsi bəla və bədbəxtliyin nazil olmasına səbəb olar. Ürəyi yoldan çıxardar. Davamlı olaraq qadına göz dikmək – ürəyin göz nurunu söndürər. Həmçinin gözün ucu ilə naməhrəmə baxmaq - şeytanın hiylə və tələsindəndir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Naməhrəm qadınla söhbət etməkdən çəkinin. Elə bir kişi yoxdur ki, xəlvətdə naməhrəm qadınla söhbət etsin və ürəyində rəğbət əmələ gəlməsin”.
Məsumların (ə) bu xəbərdarlıqlarını məsuliyyətlə və naməhrəmlə dinin bəyənmədiyi rabitələri qurmaqdan çəkinək”.
Göründüyü kimi, dinimiz naməhrəm qadının və kişinin, qız və oğlanın biri-biri ilə nəinki yerdə gecələməsini, hətta biri-birinə şəhvətli baxışını qadağan edir. Oxuyun, əgər Allaha, Qurana, Peyğəmbərə(s) yalandan and içmirisinzsə, asanlıqla nəticə çıxarar və yad kişi və qadının görüşüb sevişməsini “ülvi sevgi” yox, zinakarlıq, xəyanət, fahişəlik adlandırarsız... Zinakarlıq isə zinadan doğulan, atası-anası bəlli olmayan, atılmış övladların artmasına, belə vələdüz-zinaların iş başına, vəzifəyə, hətta ölkə rəhbərliyinə gəlməsinə şərait yaradan, bir sözlə, cəmiyyəti öz məhvərindən çıxaran bir bəladır...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar