Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kamran Ağayev yenə qovuldu - "Hakimi Azərbaycan dilində söyüb"

Tarix: 05-11-2017 11:50     Baxış: 4802 A- / A+
Kamran Ağayev yenə qovuldu - "Hakimi Azərbaycan dilində söyüb"
Millimizin qapıçısı, "Mlada Boleslav”ın üzvü Kamran Ağayevin Çexiya çempionatının 13-cü turunda "Ostrava” ilə matçda meydandan qovulması komandada narazılıqla qarşılanıb.

Qeyd edək ki, K.Ağayev oyuna start heyətdə daxil olub. Ancaq o, görüşü sonadək davam etdirə bilməyib. Əvvəlcə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Kamran bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.

Manevr.az-ın qol.az-a istinadən yaydığı xəbərə görə, "Mlada Boleslav”ın baş məşqçisi Duşan Uqrin deyib: "Bu, çox kobud səhv idi. Biz bunu komanda daxilində müzakirə edəcəyik. Kamran Ağayev düz hərəkət etmədi”.

Kapitan Lukaş Maqer də futbolçumuzun hərəkətində narazılıq edib: "İlk vərəqəni o, hakimi söydüyünə görə aldı. Mən bilmirəm o hakimə nə dedi. Axı, Kamran ingilis dilində bilmir. Yəqin o hakimə Azərbaycan dilində söyüb. Hətta bundan sonra da Kamran emosiyalarını cilovlaya bilmədi və iki dəqiqə sonra növbəti səhvi etdiyindən meydandan çıxarıldı”.

Əlavə edək ki, K.Ağayev meydandan çıxarkən də vaxtı uzadıb. Bu dəfə isə meydan sahibi komandanın oyunçuları ona etiraz edərək vaxtı uzatmamağı istəyiblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar