Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nəvə baba və nənədən aliment ala bilər

Tarix: 04-11-2017 21:46     Baxış: 6358 A- / A+
Nəvə baba və nənədən aliment ala bilər
Baba və nənənin də nəvəyə maddi köməklik etmək vəzifəsi var. Yetkinlik yaşına çatmayan nəvə öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna imkanı olan baba və nənədən məhkəmə qaydasında aliment tələb edilə bilər. Yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan və valideynlərindən maddi yardım ala bilməyən nəvə də, kifayət qədər imkanı olan baba və nənədən aliment tələb edə bilər.

Qanunvericilik, alimentlə bağlı digər şəxslərə qarşı da tələb irəli sürməyə əsas verir. Misal üçün, yetkinlik yaşına çatmayan nəvənin saxlanılması üçün, babadan və ya nənədən də aliment tələb etmək olar, və yaxud, imkansız bacı, imkanlı bacıdan aliment tələb edə bilər.

Ailə qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olan, valideynlərindən yardım ala bilməyən bacı və qardaş, yetkinlik yaşına çatmış və maddi durumu buna yol verən bacı və qardaşından aliment tələb etmək hüququna malikdirlər. Yetkinlik yaşına çatan, lakin valideynlərindən, ərindən (arvadından) maddi yardım ala bilməyən şəxslər də bu cür aliment tələbini irəli sürə bilərlər.

Qeyd edilən şəxslər alimentin ödənilməsi qaydası və şərtləri barədə müvafiq saziş imzalaya bilərlər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq, sabit pul məbləğində aylıq aliment müəyyən edir. Məhkəmə tərəflərin maddi durumunu nəzərə almalıdır.femida.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar