Xəbər lenti
Azərbaycanlı Quran qiraətçiləri beynəlxalq müsabiqədə yüksək yer tutublar
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələr arasında hər il həyata keçirilən "İslam Dünyası Gənclər Paytaxtı" beynəlxalq proqramının 2017-ci il üçün tədbirlər planı çərçivəsində İran İslam Respublikasının Şiraz şəhərində beynəlxalq Quran müsabiqəsi keçirilib.
İƏT-in Avrasiya Regional Mərkəzindən milli.az-a verilən məlumata görə,17 ölkəni təmsil edən 56 iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Bakıdakı "Heydər Məscidi"nin imamı Rza Rzayev, Ağsu məscidinin imamı Elşən Rəhimli və Quran müəllimi İlkin Əliyev təmsil ediblər.
İran İslam Respublikası Gənclər və İdman nazirinin müavini, Şiraz vilayətinin başçısı, və digər yerli dövlət qurumları nümayəndələri, İƏT Gənclər Forumunun rəhbər nümayəndələri, Türkiyə Diyanət Başkanlığı Quran Qiraəti Qurumunun başçısı, İstanbul şəhərinin baş müftisi, eləcə də elm, mədəniyyət və media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin bağlanış mərasimində iştirakçılara sertifikatlar verilib və qaliblər elan edilib.
Sevindirici haldır ki, beynəlxalq münsiflər heyətinin qərarı ilə Azərbaycanı müsabiqədə təmsil edən iştirakçılar 2-ci və 3-cü yerləri tutublar.
Xatırladaq ki, "İslam Dünyası Gənclər Paytaxtı" beynəlxalq proqramı 2015-ci ildən etibarən İƏT Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilir. Proqram çəçivəsində 2016-cı ildə İstanbul, 2017-ci ildə Malaziyanın Putracaya, İranın Şiraz və Mərakeşin Fəs şəhərləri İƏT Gənclər Paytaxtı seçiliblər. 2018-ci il üçün İƏT Gənclər Paytaxtı Fələstinin Qüds şəhəri elan olunub.
"İƏT Gənclər Paytaxtı" proqamı çərçivəsində İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına və müxtəlif sahələr üzrə iş birliyinə yönəlmiş layihələrə dəstək, İƏT ölkələrinin bir-biriləri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici xarakterli tədbirlər həyata keçirilir.
Bu ilin sonuna qədər qeyd olunan şəhərlərdə kino və nəsr əsərləri üzrə yaradıcı müsabiqələr, müsəlman gənclərinin beynəlxalq könüllülük hərəkatında iştirakı, miqrasiya problemlərinin həlli, gənclərin "start-up" layihələrinə dəstək və s. istiqamətli tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar