Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Səsi çıxmasın deyə inəyin ağzını yapışqan lentlə bağladı - Qəssabı cəza gözləyir - Video

Tarix: 03-11-2017 23:05     Baxış: 5396 A- / A+
Səsi çıxmasın deyə inəyin ağzını yapışqan lentlə bağladı
İnəyin səsi ətrafı bürüdüyündən onun ağzını yapışqan lentlə bağlıyıblar.

Manevr.az xezerxeber-ə istinadən xəbər verir ki, xoşagəlməz hadisə Bakının Nərimanov rayonu, Təbriz küçəsi 23-27 ünvanında yerləşən qəssəbxanada baş verib. Yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ət kəsimi məntəqəsindən qəssab səhər kəsəcəyi heyvanı axşamdan dirəyə çox sərt şəkildə bağlayıb. Heyvanın başı çox aşağı, ipi isə dar olduğundan inək əziyyət çəkib və səhərə qədər böyürüb. Səsdən narahat olan sakinlər şikayət etdikdə isə qəssab çıxış yolu kimi inəyin ağzını yapşqan lentlə bağlayıb.

Kəsiləcək heyvanın belə əziyyətə məruz qalması onun əzələlərində və digər orqanlarda stress hormonlarını çoxaldır. Bu isə ətin keyfiyyət parametrlərinə neqativ təsir edə və həmin əti yeyən insan üçün zərərli ola bilər. Bakı Şəhər Baytarlıq İdarəsinin müalicəxana rəisi Zahid Nəsibli isə "Xəzər Xəbər"ə bildirdi ki, kəsiləcək heyvanı bu cür əziyyətə məruz qoyan şəxsi 200 manatdan 500 manata qədər cərimə gözləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar