Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məhbusların qaçmasına görə həbs edilənlər vəkildən imtina etdilər

Tarix: 03-11-2017 16:19     Baxış: 5426 A- / A+
Məhbusların qaçmasına görə həbs edilənlər vəkildən imtina etdilər
Oktyabrın 23-də Bakıda xüsusi təyinatlı vaqondan 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov hüquqlarını müdafiə etmək üçün təklif edilən vəkildən imtina ediblər.
Manevr.az trend-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər məhkəmə prosesinə vəkilsiz çıxıb. Məhkəmədə onlara dövlət tərəfindən vəkillə təmin edilmələri təklif olunub. Lakin təqsirləndirilən şəxslər bildiriblər ki, onlar ixtisasca hüquqşünasdırlar və dövlət tərəfindən vəkillə təmin edilməyə ehtiyacları yoxdur.

Məlumata görə, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilərkən də onlar müdafiəçisiz olublar.

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Oktyabrın 26-da Ə.Ağami Salyan rayonu ərazisində saxlanılıb, noyabrın 1-də isə E.Məmmədov saxlanılarkən Ələt qəsəbəsi ərazisində polisə silahlı müqavimət göstərdiyi üçün öldürülüb.

Faktla bağlı Baş prokuror yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı B.Abdullayev, qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri F.Hacıyev və T.Platxanov saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar