Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Klinikalar yaradılacaq - meyitdən orqan köçürmək üçün

Tarix: 02-11-2017 20:44     Baxış: 5280 A- / A+
Klinikalar yaradılacaq - meyitdən orqan köçürmək üçün
Azərbaycanda meyitdən orqan köçürülməsi ölkədə icbari tibbi sığortanın geniş tətbiqindən sonra daha sürətlə baş verə bilər.
Manevr.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, meyitdən orqan köçürülməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: "O qərar olandan sonra isə bu işləri həyata keçirmək üçün müvafiq klinikalar yaradılacaq. Bütün bunlar isə maliyyələşməyə bağlıdır. Meyitdən orqan götürmək olar, amma onu sonra başqa bir insana transplantasiya etmək və ondan sonrakı dövrdə orqanı bədəndə saxlamaq üçün aparılan müalicələr çox bahalıdır”.

M.Quliyev hesab edir ki, bu əməliyyatların insanlar üçün əlçatan olması üçün icbari tibbi sığortanın işə düşməsi vacibdir: "Bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir. İcbari tibbi sığortanın tətbiqindən sonra meyitdən orqan köçürülməsi daha sürətlə baş verə bilər. İcbari tibbi sığorta bu il pilot şəklində tətbiq olundu. Əgər gələn ildən geniş tətbiqinə başlanılarsa, orqan transplantasiyası da həyata keçirilə bilər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar