Xəbər lenti
Xalqa "balalamayın" deyən şəxs alim yox, nökərdir...

Azərbaycan dinşünası, fəlsəfə tarixçisi Aydın Əlizadənin “maaş azdırsa, balalamayın” məsləhəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Aydın Əlizadənin fikirlərinə etiraz edənlərdən biri də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olub.
H.Hacıyev a24.az-a açıqlamasında bunları deyib:
“Onu hər kim deyibsə, qələt eləyib, başını da daşa döyüb. Ona alim yox, heç nökər də demək lazım deyil. O, necə olur Azərbaycanın demoqrafiyasını boğur; bu nə söhbətdi; bu nə alimlikdi; bu nə ziyalılığa yaraşmayan söhbətdi?
Tamamilə yanlış fikirdi. Görünür ki, onun alimlikdən, Azərbaycanın inkişafından xəbəri yoxdur. İnsanlar tənbəllikdən gedib işləmirsə, bu demək deyil ki, hamı acından qırılır. İnsanlar gərək Azırbaycanın gələcəyini düşünsün. Bunun kimi insanlar düşüncəsiz insanlardır, hansı yollarlasa alimlik alıb, bu cür açıqlamalar edirsə, biz buna ancaq təəssüf hissi keçiririk”.
Xatırladaq ki, insanların maaşının az olması və işsizliyə münasibət bildirən Aydın Əlizadə bunları deyib:
“Hamı deyir maaş azdır, ya da iş yoxdur. Biri də demir ki, bəsdir, evlənib-balaladıq. Maaş azdırsa, ya da iş yoxdursa, onda evlənmə, balalama. Ol subay, kef elə özün üçün. Hökumət sənin üçün nə etsin ki, dinc durmursan? Toydan pul yığmaq istədiyin üçün evlənirsən. Sonra da o pul qurtarır, başlayırsan ona-buna atmağa, nə var ki, balaların var, arvad acdır. Tək insana azca pul da çatır. Heç pul olmasa da, dolanar. Vay o gündən ki, cütləşdir. Onda heç nə çatmır. Nə qədər pul qazanırsan, az olur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar