Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Atışma zamanı yaralanan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 02-11-2017 14:55     Baxış: 5342 A- / A+
Atışma zamanı yaralanan şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyi Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri zamanı yaralanan şəxslə bağlı açıqlama verib.
Manevr.az trend-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Anar Əsgərov sol qolundan güllə yarası aldığından qolu sınıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən A.Əsgərovun müalicəsi üçün hazırda bütün zəruri tədbirlər görülür.
Şahmar Bəyilizadənin sağlamlıq vəziyyəti normal olduğundan o, hüquq-mühafizə orqanlarına təhvil verilib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş E.Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən E.Məmmədov və İlqar Əzimov yaralanıblar və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər.
Digər yaralı A.Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Ş.Bəyəlizadə saxlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar