Xəbər lenti
“Əfv sərəncamının imzalanmasını bayramlarla bağlamaq düzgün deyil” - MƏLAHƏT İBRAHİMQIZI
Əfv sərəncamının verilməsi ölkə prezidentinin səlahiyyətinə daxildir. Prezident hər zaman əfv sərəncamını imzalaya bilər.
Manevr.az-ın məlumatına görə, bu barədə modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı məlumat verib.
Komissiya üzvü bildirib ki, bu il prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərancam imzalayıb.
“İmzalanan sərəncam möhtərəm Prezident İlham Əliyev cənablarının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Komissiyasının Katibliyinə davamlı olaraq müraciətlər daxil olmaqdadır. Müraciətlər məhkumlar, onların vəkilləri, ailə üzvləri tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, təhlillər aparılır. Həmçinin zərərçəkmiş şəxsin narazı olub-olmadığı araşdırılır. Bu çox vacib məsələdir. Komissiyanın üzvü olaraq mənə əfs sərəncamından bu yana 20-dən çox müraciət daxil olub. Digər üzvlərə də müraciətlər olur. Ümumilikdə müraciətlərin sayı barədə isə məlumatım yoxdur. Hesab edirəm ki, əfv sərəncamının imzalanmasını Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər bayramlarla bağlamaq düzgün deyil. Prezident hər zaman əfv sərəncamını imzalaya bilər. Sərəncamının verilməsi prezidentinin səlahiyyətinə daxil olduğuna görə indidən dəqiq fikir söyləmək olmaz, amma hər halda gözləyək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar