Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili: Nə deyəcəyimi bilmirəm – Direktor əxlaqsızlığı

Tarix: 02-11-2017 11:15     Baxış: 5295 A- / A+
Millət vəkili: Nə deyəcəyimi bilmirəm
Deyəsən, XIX əsrdə ən ciddi problem əxlaq, mənəviyyat böhranı olacaq.

Bu sözləri millət vəkili Qənirə Paşayeva dünən Xaçmaz rayon Arzu kəndində orta məktəbin 6-cı sinif şagirdinə qarşı direktorun əxlaqsız təklif etməsi məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, hələ də xəbərin təsirindən özünə gələ bilməyib:

“Səfərdən ötən gün qayıtdığımdan və yeni səfərə hazırlaşdığımdan dolayı və bütün günü görüşlər, tədbirlər, seçicilərlə görüşlərdən xəbərlərə baxmağa zamanım olmamışdı. Açdım xəbərləri oxudum və şoka düşdüm. Nə yazım, heç özüm də bilmirəm. Sadəcə şokdayam. Təhsil Nazirliyinin bu məsələ ilə bağlı atdığı addımları dəstəkləyirik. Ümumiyyətlə təhsil müəssisəsi ilə bağlı bu cür məlumatlar çox üzücüdür və bir çox insana dərs olmalıdır. Təhsil müəsisəsi müqəddəs ocaq kimidir və onun adının qorunması təhsil işçilərinin ən vacib amalı olmalıdır. Övladlarımızı yetişdirmək üçün etibar etdiyimiz insanların əxlaqı isə yüksək səviyyədə olmalıdır”.

Qeyd edək ki, Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı məktəbin direktorunun əxlaqsız hərəkətlər etdiyi iddia edilmişdi. Bundan sonra rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib. O, məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi əxlaqsız hərəkətlərə görə 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar