Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bundan sonra Azərbaycanda kasıbların vəkili olmayacaq ”

Tarix: 01-11-2017 19:21     Baxış: 4533 A- / A+
“Bundan sonra Azərbaycanda kasıbların vəkili olmayacaq ”


Dünən Milli Məclisində Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklərin edilməsi, cəmiyyətdə ciddi etiraza səbəb olub. Yeni qanuna görə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi nəzərdə tutulur, yalnız fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir.

Bununla bağlı Moderator.az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, qanun layihəsinin bu şəkildə qəbul edilməsi haqlı olaraq, cəmiyyətdə ciddi etiraza səbəb olub:

“Bununla bağlı dünən sosial şəbəkə minlərlə insan etiraz edirdilər. Qanun layihəsinin qəbul edilməsini anlaşlına olmadğını bildirirdilər. Və məncə, də etiraz edənlər tam haqlıdırlar. Təsəvvür edin, 10 milyonlu bir əhalinin 900 yaxın vəkili var. Azərbaycan Qafqazda Gürcüstandan, hətta Ermənistandan da adambaşına düşən vəkillərin sayı xeyli dərəcədə azdır. Biz də 100 000 insana 7 vəkil düşür, Gürcüstanda da bizdən 2-3 dəfə çoxdur. Nəzərə alaq ki, gürcülər bizdən xeyli dərəcdə azdır. Əhalini sayını da müqayisə etsək, bu rəqəm necə dəfələri əhatə edəcək. Yeni qəbul edilmiş qanuna görə, bundan sonra kasıb təbəqənin vəkili tutmaq imkanları olmayacaq. Daha doğrusu kasıbların vəkili olmayacaq. Ancaq varli təbəqənin vəkil tutmaq imkanları olacaq. Təbb halda vəkillərin işi həddindən artıq çox olacaq. Vəkilər isə, ancaq ən çox pul verən insanın hüqüqlarını qoruyacaq. Və vəkillər elə bir maliyyə şərti qoyacaq ki, kasıb təbəqə bu pulu ödəyə bilməyəcək. Hətta dünən bu qanuna etiraz edən millət vəkilləri bildirdilər ki, elə rayonlarımız, bölgələrimiz var ki, bir nəfər belə vəkil yoxdur. Acıq danışmaq lazımdır. Qəbul edilmiş qanun həm də Azərbaycanın əleyhinə olan bir sıra beynəlxalq təşkilatlar var ki, onların əlinə “ fürsət vermiş olacaq. Və bundan istifadə edib, Azərbaycana qarşı apardığı kampaniyanı genişləndirəcəklər . Bilrisiniz, dünən və bu gün facebook-da bu qanuna etiraz edən minlərlə insanın fikirlərini, rəylərini, qanunu qəbul etmiş millət vəkiləri də görürlər. Çünki, əksər millət vəkilləri həm də facebook istifadəçiləridir. Sonda onu da əlavə edim ki, yeni qanunla 10 000 hüquq təhsilli olan insanlar, işsizlikdən əziyyət çəkməli olacaqlar. Düşünürəm ki, müvafiq qurumlar, baş vermiş hadisədən kifayət qədər məlumatlıdırlar və qısa müddətdə Azərbaycanda vəkillərin sayını xeyli dərəcədə, artırılacaq. Həttə bir sıra hüquq təhsili insanlar da ümid edir ki, qəbul edilmiş qanunu cənap prezident İlham Əliyev imzalamayacaq.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar