Xəbər lenti
Özünü asan qızın qardaşı danışdı: “Mənə elə gəlir ki, vurublar izi itirmək üçün bacımı asıblar...”
İki gün öncə oktyabrın 30-da Cəlilabad rayon Göytəpə qəsəbəsi Milli Qəhrəman Vüqar Mürsəlov küçəsi ev 108 ünvanında qəsəbə sakini 1986-cı il təvəllüdlü Bayramova Gülnar Aydın qızı həyat yoldaşı, qaynı və qaynanası ilə dava-dalaşdan sonra özünü asaraq intihar edib. Moderator.az-a açıqlama verən mərhumun qardaşı Amil Bayramov bacısının özü-özünü asaraq intihar etməsinə inanmadığını deyib:
“Əvvəldən bunların evində söz-söhbət var idi, bacımın qaynı və qaynanası bacıma dəhşətli dərəcədə əzab verirdilər. Gəlib mənə deyirdi ki, yoldaşım Aslanı qaynım və qaynanam öyrədərək məni döydürürlər. Bacımı dəfələrlə qaynı da döyüb. Acığ edib gəlib bizdə qalırdı. Amma bacım deyirdi ki, el-obadan ayıbdı boşanmaq istəmirəm. Bacım ayrılmaq istəmirdi. Deyirlər ki, bacın özünü asıb. Mən inanmıram, çünki mənim bacım həmişə elə şeydən qorxan olub. Mən bununla razılaşa bilmərəm ki, o, özünü assın. Bacımı bu yaxında əri döyə-döyə bizə gətirmişdi. Gəldi bizdə qaldı. Sonra işimlə bağlı Bakıya getdim. Özüm usta işləyirəm. Bakıda olanda xəbər gəldi ki, hadisə olub. Nə olub bacımın ər evində olub. Bacım ər evinə qayıdaraq barışaq istəyib. Bunu döyüblər yoxsa, vurublar mənə elə gəlir ki, vurublar izi itirmək üçün bacımı asıblar. Bu hadisədə bacımın qaynanasının, qaynının və ərinin əli olub. Qaynanasının necə adam olduğunu gəlib burda da sakinlərdən soruşa bilərsiniz. Görün ondan bir qonşu yaxşı kəlmə deyəcək, yoxsa yox. Bacı mənimdi mən tanıyıram bacımı. Mümkün deyil ki, o, özünü assın. Elə özün asan olsaydı mənim evimdə özünü asardı. İstəyirəm ki, haqq-ədalət yerin tapsın və bacımın qanı yerdə qalmasın. Bu gün bacımın üç mərasimidir”.
Xatırladaq ki, faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar