Xəbər lenti
Xalq şairinin medalını 200 manata hərraca çıxaran qadın: "Onu mırta qoydum"
Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum xalq şairi Cabir Novruzun medalı sosial şəbəkə vasitəsi ilə satışa çıxarılıb.
Manevr.az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, Dilrubə Vaqifzadə adlı xanım 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı əsasında Cabir Novruza təqdim edilən "Xalq şairi” medalına 200 manat qiymət qoyub.
Yayımlanan xəbərlə bağlı açıqla verən xanım məsələyə belə münasibət bildirib:
"Bu, zarafat üçün idi. Azərbaycan Aktyorlar Birliyinin sədri Ruslanla "inbox”da danışırdıq. Dedim, belə bir şey var, mənə inanmırlar. Mən onu auksion qrupunda paylaşandan sonra dedilər ki, sil onu, belə şeyləri zarafata salma. Mən burdakılara acıq üçün paylaşmışam. Birincisi o satılan bir şey deyil. Bu, bizə hədiyyədir. Satmaq niyyətim yox idi. Satmaq fikrim olsaydı, çoxdan satmışdım. Mən də onu mırta qoydum.
Saytın əməkdaşı xanımın bu açıqlamasından sonra mərhum xalq şairi Cabir Novruzun mırta qoyulası adam olmadığını xatırladıb. O, isə cavabında "mən elə söz demədim” söyləyib. Halbuki, Vaqifzadənin bu açıqlamasının səsyazısı da qeydə alınıb.
Qeyd edək ki, sağlığında əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülən Cabir Novruz 2002-ci ildə vəfat edib. O, vaxtı ilə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar