Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Jirinovskinin müsəlman qadınları təhqirinə qarşı azərbaycanlı yazarlarımızın etirazı

Tarix: 01-11-2017 08:45     Baxış: 5369 A- / A+
Jirinovskinin müsəlman qadınları təhqirinə qarşı azərbaycanlı yazarlarımızın etirazı


Rusiya Dumasının üzvü, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bu dəfə müsəlman qadınlarını təhqir edib. Deputat planetdə demoqrafiya və ərzaq problemləri barədə aparılan danışıqlar zamanı bunları deyib:

“Bütün dünya xalqlarına diqqət yetirsək, görərik ki, müsəlman qadınları hamıdan fərqlənir. Müsəlman qadınları çoxlu uşaq dünyaya gətirirlər. Bu planetdə artıq insanlar var. Əgər yumşaq desək, onlardan pis qoxular gəlir. Bu, müsəlman qadınlarıdır”.

Kult.az rusiyalı deputatın bu sözlərinə tanınmış yazarlarımızın münasibətini öyrənib:

Şair Əkbər Qoşalı:
“Qadının qoxusu onun din mənsubiyyəti ilə müəyyənləşmir. Jirinovskaya soyadlı birindən nə iy gəldiyini, məsələn, ayı piyi qoxuyub-qoxumadığını isə adını çəkdiyiniz nəfər özü daha yaxşı bilər”.

Yazar Xalid Kazımlı:
“Dünyada dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, pinti və təmizkar insanlar var. İt iyi verən fransız da var, alman da, rus da. Eyni zamanda gül iyi verən nepallı da var, təbrizli də, lionlu da. İy məsələsinin millətə dəxli yoxdur. Jirinovski həmişəki kimi, öz diletant və irqçi çıxışlarından birini edib. Bu adam psixopatdır. Psixopatın danışdıqlarını ciddiyə almaq olmaz”.

Şair Ramiz Qusarçaylı:
“Jirinovski qeyri-ciddi adamdır, onun sözlərinin mənəvi qoxusu olmayıb, onun sözlərindən təlimatlı siyasət iyi gəlib həmişə. Qadın qoxusunu - müsəlmanından, rusundan asılı olmayaraq, Jirinovski kimi pərakəndə ağıl və qəddar könül sahibləri dəyərləndirə bilməzlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar