Xəbər lenti
Azərbaycanda işsizlərin çox olduğu rayonlar -SİYAHI
Son iki ildə Azərbaycan iqtisadiyyatında baş verən ciddi dəyişikliklərə, o cümlədən iqtisadi problemlərə, bəzi müəssisələrin öz fəaliyyətini dayandırmasına və əksinə, yeni müəssisələrin fəaliyyətə başlamasına baxmayaraq, Azərbaycanda işsizlərin sayı ilə bağlı rəsmi göstəricilər, demək olar ki, dəyişməz qalıb.
Manevr.az fed.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, oktabrın 1-nə ölkədə 36,7 min nəfər rəsmi olaraq işsiz statusu alıb. Onların təqribən yarısı 17,4 mini Bakıda, qalanı isə bölgələrdədir.
İşsiz kənd və şəhərlər:
DSK-nin hesabatları ölkədə işsizliyin xəritəsinə nəzər salmağa imkan verir və burada gözlənilməz nəticələr ortaya çıxır.
Belə ki, ölkədə Bakıdan sonra ən çox işsizin olduğu bölgələr Bərdə və Mingəçevirdir. Qeyd edək ki, hər iki bölgə iqtisadi potensialı böyük olan rayon və şəərlərdən sayılır. Bərdədə böyük aqrar təsərrüfatlar var, Mingəçevirdə isə ölkənin ən böyük sənaye parkı tikilir. Buna baxmayaraq, Bərdədə 1727, Mingəçevirdə isə 1563 rəsmi işsiz var. Bu göstəricilərə görə, Bərdə və Mingəçevir ölkənin ikinci və üçüncü böyük şəhərləri sayılan Sumqayıt və Gəncəni də geridə qoyublar. Belə ki, Sumqayıtda 1067, Gəncədə 889 rəsmi işsiz var.
Köçkün rayonlarda işsizlik:
İşsizlərin sayına görə sonrakı yerləri məcburi köçkün rayonlar – Kəlbəcər və Ağdam tutur. Kəlbəcərdə 885, Ağdamda isə 738 rəsmi işsiz var.
Maraqlıdır ki, işsizlərin sayının çox olduğu rayonlar arasında iri sənaye müəssisələri və turizm potensialı olan rayonlar da var. Bunlar Abşeron (565), Göyçay (614), Hacıqabul (574), Şirvan (539) və Qubadır (503).
DSK-nin məlumatına görə, ən çox rəsmi işsizin olduğu rayon və şəhərlər bunlardır:
Bakı - 17 422
Bərdə - 1727
Mingəçevir - 1563
Sumqayıt - 1067
Gəncə - 889
Kəlbəcər - 885
Ağdam - 738
Göyçay - 614
Hacıqabul - 574
Abşeron - 565
Şirvan - 539
Qazax - 531
Quba - 503
Ən az işsiz olan rayonlar:
Statistik göstəricilər ölkədə ən az işsizin olduğu rayonları da aşkar edib. Doğrudur, bu göstəricilər yalnız rəsmi işsiz statusu alanlara aiddir. Rəsmi statusu olmayanlar isə bu hesabatda görünmür.
Beləliklə, hazırda ölkədə ən az işsiz Daşkəsəndədir – cəmi 7 nəfər. İşsizlərin az olduğu ikinci rayon Füzulidir – 21 nəfər. Xocalıda 31, Xocavənddə 45, Şuşa rayonunda isə rəsmi göstəricilərə görə 49 işsiz var. İşsizlərin sayına görə sonrakı yerləri Naftalan – 50 nəfər, Lerik və Ucar – hərəyə 52 işsiz və Zərdab – 55 işsiz tutur. Qobustanda isə cəmi 62 işsiz qeydiyyata alınıb.
DSK-nin məlumatına görə, ən az rəsmi işsizin olduğu rayon və şəhərlər bunlardır:
Daşkəsən - 7 nəfər
Füzuli - 21 nəfər.
Xocalı - 31 nəfər
Xocavənd - 45 nəfər
Şuşa - 49 nəfər
Naftalan - 50 nəfər
Lerik - 52 nəfər
Ucar - 52 nəfər
Zərdab - 55 nəfər
Qobustan - 62 nəfər
Ümumiyyətdə, DSK-nin məlumatlarına görə, ölkədə 17 rayonda işsizlərin rəsmi sayı 100 nəfəri keçmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar