Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Akif Çovdarovun üzərindən bu maddələr götürüldü

Tarix: 31-10-2017 11:41     Baxış: 4353 A- / A+
Akif Çovdarovun üzərindən bu maddələr götürüldü
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun bir neçə cinayətdə iştirak etmədiyi açıqlanıb.
Bakı Hərbi Məhkəməsində Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsində hökm oxunan zaman onların bir neçə ittihamda günahları olmadığı nəticəsinə gəlinib.

Hökmə əsasən, həmin vəzifəli şəxslərin ittiham edildiyi maddələrdən bir neçəsi cinayət işindən çıxarılıb.

Hökmdə adıçəkilən şəxslərin quldurluq əməli törətmədiyi qənaətinə gəlinib. Buna görə də cinayət işində təqsirləndirilən şəxslərə qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.

Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib. Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.

Qeyd edək ki, Akif Çovdarov və digərlərinə oktyabrın 30-da hökm elan edilib. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar