Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Astroloji proqnoz - 31 oktyabr

Tarix: 31-10-2017 08:14     Baxış: 5322 A- / A+
Astroloji proqnoz


Qoç - gün sizin üçün uğurlu keçəcək. Həm öz işləriniz, həm də başqaları üçün gördüyünüz işlər uğurlu alınacaq. Özünüzü tam bir lider kimi hiss edə bilərsiniz. Sizdə insanları arxanızca aparmaq qabiliyyəti var. İş söhbətləri çox yaxşı keçir. Ola bilsin ki, sizdən yaşca böyük qadınların məsləhəti sizə lazım olsun.
Həyatın hər bir anını izləyin ki, öz şansınızı qaçırmayasız. İnsanlarla ünsiyyətdən qaçmayın, çünki özünüzə köməkçi və tərəfdaş tapa bilərsiniz.
Buğa - bu gün pozitiv fikirlər sizi cənginə alacaq. Bu günün yeganə təhlükəsi - israfçılıq və maliyyə itkiləri ola bilər. Bu da sizin ekstravaqantlığınızdan irəli gəlir. Öz intuisiyanıza inanın! Çünki sizin intuisiyanız çox güclüdür. Adətləri pozmaq lazım deyil, sadəcə aldığınız məsləhətləri düzgün qiymətləndirin.
Yeni eksprimentlərə hazır olun. Öz professionallığınıza və fikirlərinizə güvənin. Ola bilsin ki, mübahisə etdiyiniz şəxslə aranız düzəlsin. Hər şey sizdən asılıdır.
Əkizlər - pis gün deyil, bəzi hadisələr sizi sevindirəcək. Bu günü elə planlaşdırın ki, faydalı işlərlə maraqlı işlər bir-birini əvəz etsin. İşgüzar görüşlər yaxşı keçir, əvvəllər sizin nöqteyi-nəzərinizlə razılaşan insanların dəstəyini qazana bilərsiniz.
Əgər uzağa getməlisinizsə, o zaman hazırlıqlara diqqətlə yanaşın. Səfərlər uğurlu keçəcək. Axşam yeni tanışlıqlar da ola bilər, lakin bu tanışlıqların romantik davamına ümid bəsləməyin.
Xərçəng - öz planlarınıza yenidən baxın, əsas olanları ikinci dərəcəlilərdən ayırmağa çalışın, lazımsızları kənarlaşdırın. Bu gün bir sıra xoş sürprizlərlə qarşılaşacaqsınız. Bəzi vərdişlərinizi tərgitməli olacaqsınız, lakin sonda bu, sizi sevindirəcək.
Qohumlarınızla münaqişələrin olacağı ehtimalı da var. İnsanlarla ünsiyyət zamanı diqqətli olun ki, münaqişələrdən yayına biləsiniz.
Şir - siz doğru yol seçmisiniz və ondan yayınmayın. Öz planlarının üstündə duranların uğur üzünə güləcək. Nə istədiyinizi yaxşı bilirsiniz, bu da sizə kömək edəcək ki, lazımsız narahatlıqlar yaşamayasınız.
Günün ikinci yarısında maraqlı və romantik görüşlər ola bilər. Lakin çox ümidlənməyin ki, sonradan da məyus olmayasınız.
Qız - bu gün uğur qazanmaq istəyirsizsə, az risk edin və tələsməyin. Bu gün uğur qazana bilməyənlər ancaq tənbllər ola bilər. Vaxt itirməkdən qorxmayın. Siz nəyə can atırsız, o, sizdən qaçmayacaq. Dəqiq fənnləri öyrənmək üçün çox əlverişli bir gündür.
Özünüzdən böyük qohumlarınızla mübahisələriniz düşə bilər. Maliyyə məsələlərinə aid söhbətlərdə bir fikrə gəlmək çətin olacaq. Siz digərlərinin fikrinə qulaq asmağa elə də meylli deyilsiz, bu da probelmlərin yaranmasına gətirib çıxaracaq.
Tərəzi - çox çətin bir gündür. Qarşınızda duran sualların çoxuna cavab tapa bilməyəcəksiniz. Hərdən özünüzə inamınızı itirirsiniz. İşlərin sizin xeyrinizə başa çatacağına heç bir ümidiniz yoxdur. Bəzi asılı olduğunuz insanlar var ki, onlarla yola getmək bir az çətin olacaq.
Evdə yaxınlarınız sizi başa düşməyəcəklər. Siz onlara nə istədiyinizi və nə üçün mübarizə apardığınızı yenidən başa salmalı olursunuz. Sevdiyiniz insanla aranızda ciddi problemlər olacaq.
Əqrəb - əgər sizin qarşınızda böyük məqsədlər varsa, həmin məqsədi reallaşdırmaq üçün bugünkü böyük şansınızdan istifadə edin. Ancaq bunun üçün çoxlu çalışmalısınız. Böyük insanlarla konfliktlər ola bilər, ancaq maraqlı məqam odur ki, siz bu mübarizədən qalib ayrılacaqsız.
Pullarla bir az diqqətli olun. Pulunuzun miqdarı kəskin sürətdə azala bilər. Sizə əsəb gətirən ünsiyyətlər ola bilər. Ancaq bunlardan dərs götürmək lazımdır.
Oxatan - çətin vəziyyətə düşə bilərsiniz. Problemləri təkbaşına həll etməyi ağlınıza belə gətirməyin. Əgər siz kömək üçün kiməsə müraciət etsəz, vaxta və gücünüzə qənaət etmiş olarsınız. Bu günə vacib görüşləri sala bilərsiniz. Çünki hər şey sizin istədiyiniz kimi olacaq. Əkizlər bu gün həm də iş yerini və ya evini dəyişə bilərlər. Bunun üçün əlverişli bir gündür.
Günün ikinci yarısında çox etibar etdiyiniz şəxslə fikir ayrılığı ola bilər. Əsəbi olarkən heç bir qərar verməyin. Çünki bir az keçəndən sonra başa düşəcəksiz ki, siz səhv fikirləşirdiniz.
Oğlaq - Heç nədən qorxmayın. Bu günün həyəcanı, sınağı sizin nə qədər cəsarətli və əmin olduğunuzu göstərəcək. Əgər siz qarşınıza məqsəd qoysaz, hər bir çətinliyin öhdəliyindən gələcəksiz. Problemlərin həlli üçün yeni yollar axtarmalısınız və gələcək üçün planlar qurmalısınız. Tənbəl şirlər ancaq aza qane olanlardır, amma gözəl vaxt keçirəcəklər.
Sizi xoş sürprizlər gözləyir. Köhnə tanışınızı müsbət mənada yeni imic və formada görəcəksiniz.
Dolça - Gün elə də pis keçmir, amma bir problem ola bilər ki, siz öz bacarıqlarınıza inanmırsız və onları qiymətləndirmirsiz. Buğalar elə bir işdən yapışırlar ki, bu iş onlara görə deyil, qədərini bilmədən sağa-sola pul xərcləyirlər və özlərinə kiçik də olsa, düşmən qazanırlar. Əgər ciddi problemlərlə üzləşmək istəmirsinizsə, bütün işlərə ciddi yanaşın.
Bu gün evdə və ofisdə səliqə salmağın vaxtıdır. Evdə məişət işləri ilə məşğul olacaqsınız. Çalışın qohumlarla mübahisə etməyin. Çünki ciddi bir mübahisə olsa, sonra barışmaq çətin olacaq.

Balıqlar - bu günün əkizlər üçün sürprizlər və gözlənilməz hadisələrlə dolu bir gün olacağı gözlənilir. Çox güman ki, bunlara görə siz öz planlarınızı dəyişəcəksiniz. Evdə texniki məsələlərlə, evin təmiri və digər məişət ilə bağlı problemlər çıxa bilər.
Ancaq gün çox dolu bir şəkidə keçəcək. Yəni bütün günü məşğul ola bilərsiniz. Ola bilsin ki, bəzi tədbirlərə gedəsiz. Siz heç bir əmək sərf etmədən insanları başa düşürsüz və onların simpatiyasını qazanırsız. Maliyyə məsələlərində uğur gözlənilir. Özünüzə zərgərlik əşyaları ala bilərsiz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar