Xəbər lenti
“Facebook” insanları dinləyir? - ŞOK İTTİHAM

İstifadəçilər kütləvi şəkildə "Facebook”u telefon danışıqlarını dinləməkdə ittiham ediblər.
Manevr.az-ın "The Sherbrooke Times”a istinadən verdiyi xəbərə görə, istifadəçilər bildirirlər ki, sosial şəbəkə əldə etdiyi məlumatlardan öz reklam siyasətində yararlanır.
"Facebook”un vitse-prezidenti Rob Qoldman ittihamlara cavab verib. "Mən "Facebook”da reklama baxıram. Biz sizin mikrofonlarınızdan reklam üçün istifadə etmirik və heç vaxt istifadə etməmişik”, - deyə o, bildirib.
Bəzi istifadəçilər isə qəribə təsadüflərlə qarşılaşdıqlarını deyirlər. "Biz otaq yoldaşlarımızla klinik sınaqlarda iştirak etmək barədə müzakirə aparırdıq. Bir qədər sonra biz "Facebook”da klinik sınaqlar barədə reklam gördük”, - deyə bir nəfər yazıb. Digəri isə qeyd edib ki, evində pişik saxlamaq istəyib: "Mən bu haqda heç nə yazmamışdım. Lakin pişik yeməyi barədə bildirişlər almağa başladım”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar