Xəbər lenti
“Xəmsə” Milli İntellektual Oyununun qalibləri müəyyən oldu -SUMQAYITDA/ FOTOLAR

Manevr.az-ın verdiyi xəbərə görə, Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 27 oktyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu üzrə Yeniyetmələr arasında V Azərbaycan Çempionatının Sumqayıt şəhəri üzrə seçim mərhələsi keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Çempionatda çıxış edənlər Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Təhsil Şöbəsinin Metodiki Kabinetinin müdiri Gülbahar Haqverdiyeva iştirakçıları salamlayaraq, əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışlar. Qeyd olundu ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkil etməkdir. Bildirildi ki, şəhərimizdə də gənclərimizin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılmış, müasir tələblərə cavab verən obyektlər istifadəyə verilmişdir.
Turnirdə şəhərin müxtəlif sahələrini təmsil edən 14-17 yaş arası yeniyetmələrdən ibarət 14 komanda olmaqla, ümumilikdə 84 iştirakçı bilik və bacarıqlarının sınamışlar. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Texniki və Təbiət Elmləri Liseyinin “Ekskalibur” komandası, II yerə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “Mayn Kampf” komandası, III yerə Texniki Təbiət Elmləri Liseyinin “Queensland” komandası layiq görülüb. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim edilimiş, fasilə zamanı isə nahar süfrəsi təşkil edilmişdir.
Qeyd edək ki, qalib komandalar Çempionatın “Abşeron zonası” üzrə seçim turunda şəhərimizi təmsil etmək hüququ qazanmışlar.



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar